Şriftin ölçüsü :

Saytın rəngi :

Dövlət uşaq müəssisələri məzunlarının cəmiyyətə inteqrasiyasının təşkili ilə bağlı toplantı keçirilmişdir

12 sentyabr 2024 | 15:09

Şuşa Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının Prezidentinin “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında Sərəncamının 5.3.1 bəndinin icrası ilə bağlı toplantı keçirilmişdir.
Çıxışlar zamanı bildirilmişdir ki, Şuşa rayon sakinlərinin respublikamızın müxtəlif rayonlarında məskunlaşmaqlarına baxmayaraq Şuşa Rayon İcra Hakimiyyəti dövlət uşaq müəssisələri məzunlarının cəmiyyətə inteqrasiyasının təşkili, xüsusilə gənc məzunların təhsilinin və məşğulluğunun təmin edilməsi, peşə hazırlığına və özünüməşğulluq proqramına cəlb olunması, sosial təminatı və sosial müdafiəsi ilə bağlı məsələlərin həlli,o cümlədən uşaqlar üçün dövlət sosial xidmət müəssisələrinin habelə ümumi təyinatlı internat tipli və internat tipli xüsusi ümumtəhsil məktəblərinin valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş məzunlarının mənzillə təmin edilməsi istiqamətində zəruri tədbirlər görür.
Bu kateqoriyadan olan insanların məğulluq və peşə hazırlığı , mənzil ilə təmin olunma , sosial təminat məsələləri ilə bağlı Şuşa Rayon İcra Hakimiyyətinin inzibati ərazi dairələri üzrə nümayəndələrinə lazımi tapşırıqlar verilmişdir.
Toplantı zamanı il ərzində ümumi təyinatlı internat tipli və internat tipli xüsusi ümumtəhsil məktəblərinin valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş məzunlardan iki nəfərin məşğulluğunun təmin olunduğu , bir nəfər kimsəsiz Şuşa şəhərində Böyük Qayıdış Proqramına əsasən mənzillə təmin olunduğu toplantı iştirakçılarının diqqətinə çatdırıldı.

Keçidlər