Şriftin ölçüsü :

Saytın rəngi :

Əhalinin müxtəlif təbəqələri, o cümlədən işləyən əhali üçün fiziki aktivliyə dair maarifləndirici bukletlər paylanılıb

21 aprel 2023 | 10:31

Şuşa  Rayon İcra Hakimiyyəti tərəfindən rayon üzrə fəaliyyət göstərən müxtəlif idarə, müəssisə və təşkilatlarda çalışan vətəndaşlara, əhalinin müxtəlif təbəqələri, o cümlədən işləyən əhali üçün fiziki aktivliyə dair maarifləndirici bukletlər paylanılıb. Bununla yanaşı, oturaq həyat tərzinin insan sağlamlığı üçün fəsadları və fiziki aktivliyin əhəmiyyəti haqqında ətraflı məlumatlar verilib. Bu kimi tədbirlərin keçirilməsində əsas məqsəd Respublika Prezidenti cənab İlham Əliyevin 22 iyul 2022-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın müvafiq bəndlərinin icrasının təmin edilməsi, işləyən əhali arasında fiziki aktivliyin və sağlam həyat tərzinin təbliği, eləcə də oturaq həyatın zərərləri, davranış risk amilləri barədə işləyən əhalinin məlumatlandırılması olmuşdur.

 

Keçidlər