Əhalinin müxtəlif təbəqələri, o cümlədən işləyən əhali üçün fiziki aktivliyə dair maarifləndirmə tədbirləri keçirilmişdir
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 22 iyul 2022-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın müvafiq bəndlərinin icrasının təmin edilməsi, işləyən əhali arasında fiziki aktivliyin və sağlam həyat tərzinin təbliği, eləcə də oturaq həyatın zərərləri, davranış risk amilləri barədə işləyən əhalinin məlumatlandırılması məqsədilə Şuşa rayon İcra Hakimiyyəti tərəfindən rayon üzrə ümumtəhsil müəssisələrində təhsil alan şagirdlərə, rayon ərazisində fəaliyyət göstərən müxtəlif idarə, müəssisə və təşkilatlarda çalışan vətəndaşlara, əhalinin müxtəlif təbəqələri, o cümlədən işləyən əhali üçün fiziki aktivliyə dair ətraflı məlumatlar verilmiş, fiziki aktivliyin və sağlam həyat tərzinin təbliği, eləcə də oturaq həyatın zərərləri, davranış risk amilləri barədə onlara bukletlər paylanmışdır.






