Şriftin ölçüsü :

Saytın rəngi :

Əlilliyi olan şəxslərin, xüsusilə gənclərin sosial reabilitasiyası işinin gücləndirilməsi

15 noyabr 2022 | 16:32

“Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2020–2025-ci illər üçün Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında Azərbaycan  Respublikası Prezidentinin Sərəncamına əsasən Şuşa Rayon İcra Hakimiyyəti “Əlilliyi olan şəxslərin, xüsusilə gənclərin sosial reabilitasiyası işinin gücləndirilməsi məqsədilə regionlarda əlilliyi olan şəxslər üçün peşə-əmək reabilitasiya mərkəzləri şəbəkəsinin genişləndirilməsi” bəndinin icrası ilə bağlı maarifləndirmə tədbiri keçirmişdir. Tədbirdə  Şuşa Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva, Gənclər və İdman idarəsinin rəisi Nadir Bayramov, Dövlət Məşğulluq Agentliyinin Qarabağ Regional Məşğulluq filialının nümayəndəsi, rayonun idarə, müəssisə rəhbərləri, ümumtəhsil məktəblərinin psixoloqları, əlil gənclər iştirak edirdi. Tədbirdə  çıxış edən Şuşa Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva bildirdi ki, “Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2020–2025-ci illər üçün Tədbirlər Planı”nın  icrası istiqamətində əqli və psixi pozuntuları olan 15-29 yaşlı əlilliyi olan şəxslərin peşə hazırlığının və peşə-əmək reabilitasiyasının təşkili ilə bağlı maarifləndirmə işləri genişləndirilməli, əlilliyi olan şəxslər  yaşadıqları ərazilərdə yerləşən Peşə-Əmək Reabilitasiyası Mərkəzlərinə müarciət etməlidirlər. Dövlət əlilliyi olan şəxslərin təhsilini və peşə hazırlığını təmin etmək üçün pedaqoji işçilərin bu işə cəlb olunması üçün lazımi tədbirlər görür. Bu kimi addımların atılması əlillərin cəmiyyətə inteqrasiyasını təmin etmək məqsədi daşıyır. Tədbirdə digər çıxış edənlər də  Dövlət Məşğulluq və Sosial Xidmətlər Agentliklərinin əlilləriə sosial xidmətlərin göstərilməsi ilə bağlı fəaliyyətindən danışmış,  bu  kateqoriyadan olan şəxslərin əl işlərindən ibarət satış sərgilərinin təşkil olunmasının əhəmiyyətini vurğuladılar.

Keçidlər