Şriftin ölçüsü :

Saytın rəngi :

“ERKƏN NİKAHA VƏ MƏİŞƏT ZORAKILIĞINA YOX DEYƏK” MÖVZUSUNDA TƏDBİR KEÇİRİLİB

15 iyun 2021 | 20:53

İyulun 15-də Şuşa Rayon İcra Hakimiyyəti tərəfindən “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020–2023-cü illər üçün Milli Fəaliyyət Planı”nın 12.2.2-ci (Məişət zorakılığının yayılma səviyyəsinin və onu törədən səbəblərin monitorinqi məqsədilə sorğular keçirilməsi) ilə 12.2.4-cü bəndinin (Səhiyyə işçiləri, daxili işlər və yerli icra hakimiyyəti orqanlarının əməkdaşları üçün məişət zorakılığı ilə mübarizə mövzusunda məlumatlandırma və maarifləndirmə tədbirlərinin keçirilməsi), habelə “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2020─2024-cü illər üçün Milli Fəaliyyət Planı”nın 4.5.1-ci bəndinin (Uşaq nikahlarının qarşısının alınması tədbirlərinin gücləndirilməsi) icrasını təmin etmək məqsədilə erkən nikah və məişət zorakılığı ilə mübarizə mövzusunda məlumatlandırma və maarifləndirmə keçirilib.
RİH-nin inzibati binasında təşkil olunmuş tədbirdə Şuşa RİHBA yanında gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qruplarının üzvləri, rayon Polis Şöbəsinin əməkdaşları, səhiyyə işçiləri, QHT mənsubları, məktəb müəllimləri, psixoloqlar və könüllü gənclər iştirak ediblər.
Şuşa RİHBA-nın İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Mahmudov Natiq rayonunda məişət zorakılığının qarşısının alınması istiqamətində aidiyyəti qurumlarla birgə görülən ardıcıl işlərdən və bu sahədə mövcud vəziyyət barədə ətraflı məlumat verib.
RİHBA-nın Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi məişət zorakılığının subyektləri, cəmiyyətdə və məişətdə qadın zorakılığı, zorakılığın formaları, erkən və məcburi nikah mövzusunda çıxış edib.

Keçidlər