Əslən Şuşa şəhərindən olan şəhidimiz Allahverdiyev Allahverdi Əli oğlunun məzarı doğum günü ərəfəsində Şuşa Rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən ziyarət olunub
09 iyul 2026 | 17:21
Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canından keçən, əslən Şuşa şəhərindən olan şəhidimiz Allahverdiyev Allahverdi Əli oğlunun məzarı doğum günü ərəfəsində Şuşa Rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən ziyarət olunub.
Ziyarət zamanı şəhidimizin ruhuna dualar oxunub, xatirəsi böyük ehtiramla yad edilib.
Onun keçdiyi şərəfli döyüş yolu hər birimiz üçün əsl vətənpərvərlik və qəhrəmanlıq nümunəsidir.
Şəhidlərimizin xatirəsi xalqımızın qəlbində daim yaşayacaq.
Allah rəhmət eləsin!






