Filologiya elmlər doktoru İlhami Yusif oğlu Cəfərsoylunun "Qədim hayların və ermənilərin mənşəyi" adlı kitabının təqdimatı keçirildi
10.06.2023-cü il tarixində Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabe olan Şuşa rayon Mərkəzi kitabxanası Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik institutunun Qədim Dillər şöbəsinin müdiri filologiya elmlər doktoru İlhami Yusif oğlu Cəfərsoyla "Qədim hayların və ermənilərin mənşəyi" adlı kitabının təqdimatını keçirdi.Azərbaycanın himni səsləndirildikdən və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra tədbiri açan Şuşa rayon MKS-nin direktoru, Əməkdar Mədəniyyət İşçisi Gülsarə Abbasova tədbir iştirakçılarını salamladı.Bildirdi ki,İlhami müəllim Türkiyədə,Almaniyada ,İtaliyada ,Macarıstanda çap olunmuş doqquz kitab və yüzdən artıq məqalənin müəllifidir. Sayca onuncu olan bu kitab haqqında danışmaq üçün söz İlhami müəllimə verildi.İlhami müəllim müxtəlif ölkələrdə illərlə apardığı araşdırmalardan sonra ərsəyə gətirdiyi kitab haqqında geniş məlumat verdi. Sonra Memarlıq üzrə elmlər doktoru Sabir Məmmədov, Şuşa rayon İcra hakimiyyəti başçısının müavini - ictimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vüsalə Fətəliyeva, YAP Şuşa rayon təşkilatının sədri Təvəkkül Əliyev, Sumqayıt Regional Mədəniyyət İdarəsinin Şuşa rayonu üzrə baş məsləhətçisi Bayram Cəfərov çıxış etdi. Təqdimatda çıxış edənlər kitab haqqında yüksək fikirlər söylədilər.Qeyd etdilər ki, bu səpkidə yazılan kitablar ermənilərin tarixi ilə bağlı faktların dünya xalqları tərəfindən daha yaxından öyrənilməsinə öz töhfəsini verəcəkdir.
Kitabın təqdimatı tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılandı. Sonda İlhami müəllim tədbir iştirakçılarına öz dərin təşəkkürünü bildirdi və xatirə şəklləri çəkdirildi.