Fiziki aktivliyin təbliği məqsədilə iş yerlərində idman məşğələləri keçirilir
“Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərə qarşı mübarizəyə dair 2015-2020-ci illər üzrə Strategiya”nın 9.2.1 bəndinin icrasını təmin etmək məqsədilə Şuşa Rayon İcra Hakimiyyəti əhali arasında, o cümlədən iş yerləri üçün daim fiziki aktivlik proqramını təşviq edir, işçilər arasında fiziki aktivliyi və sağlam həyat tərzini təbliğ edir. Əməkdaşların fiziki aktivliyə cəlb etmək üçün keçirilən məşğələdə idmanın əhəmiyyəti və sağlamlığa faydalı təsirləri izah olunur, keçirilən əyani idman məşğələləri iştirakçıların psixoloji, fizioloji sağlamlığının möhkəmləndirilməsinə müsbət təsir göstərir. İdman hərəkətləri insanda emosional vəziyyəti yaxşılaşdırır, stressi aradan qaldırmaqda effektiv təsir edir, faydalı iş əmsalını artırır. Şuşa Mərkəzi Rayon Xəstəxanasının əməkdaşları tərəfindən də əhali arasında geniş təbliğat aparılır, iş yerlərində silsilə maarifləndirmə tədbirləri təşkil edilir. Rayon İcra Hakimiyyəti tərəfindən rayonun idarə, müəssisə və təşkilatlarına tövsiyə olunur ki, işçilər arasında fiziki aktivliyin və sağlam həyat tərzinin təbliği və təşviqini həyata keçirsinlər.