Şriftin ölçüsü :

Saytın rəngi :

"G2B” (dövlət-biznes) elektron reyestrinin Dövlət Xidmətlərinin Elektron Reyestrinin tərkibində təşkil edilməsi ilə bağı maariləndirici tədbir

17 may 2019 | 16:01

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2018-ci il 26 iyun tarixli 148 nömrəli fərmanı ilə təsdiq edilmiş "Kiçik və orta biznes evlərində mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilən xidmətlərin siyahısı”na uyğun olaraq mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilən xidmətlərin və verilən hüquqmüəyyənedici sənədlərin vahid "G2B” (dövlət-biznes) elektron reyestri (bundan sonra – "G2B” reyestri) Dövlət Xidmətlərinin Elektron Reyestrinin (bundan sonra – Elektron Reyestr) tərkibində təşkil edilir.

Sahibkarlığın inkişafı, əlverişli biznes mühitin yaradılması məqsədilə əsaslı şəkildə islahatların aparılması xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən müəyyən edilmiş və hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ardıcıl olaraq həyata keçirilən iqtisadi inkişaf strategiyasının tələblərindən irəli gəlir və onun mərkəzində durur. Hazırda bu sahədəki siyasət sahibkarlığa dövlət himayəsinin sistem şəklində həyata keçirilməsinin, sahibkarlara dövlət dəstəyi tədbirlərinin səmərəsinin yüksəldilməsinin təmin edilməsinə yönəldilmişdir.

 Dövlət-sahibkar münasibətləri inkişaf etdirilmiş, sahibkarlığın dövlət tənzimlənməsi sisteminin təkmilləşdirilməsi istiqamətində əhəmiyyətli addımlar atılmışdır. Ölkədə sahibkarlığın davamlı inkişafının təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 28 dekabr tarixli Fərmanı ilə İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyi yaradılıb. Agentlik dövlət-sahibkar münasibətlərinin inkişafında əhəmiyyətli rol oynayır.

Şuşa Rayon İcra Hakimiyyətinin və Şuşa rayon Məşğulluq idarəsinin təşkilatçılığı ilə Şuşa rayon sahibkarlarının iştirakı ilə 2019-cu il may ayının 17-də "Kiçik və orta biznes evlərində mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilən xidmətlərin siyahısı”na uyğun olaraq mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilən xidmətlərin və verilən hüquqmüəyyənedici sənədlərin vahid "G2B” (dövlət-biznes) elektron reyestri (bundan sonra – "G2B” reyestri) Dövlət Xidmətlərinin Elektron Reyestrinin (bundan sonra – Elektron Reyestr) tərkibində təşkil edilməsi ilə əlaqədar maarifləndirilmə tədbiri təşkil edilmişdir. Tədbirin məqasədi bilik və bacarıqlarının artırılması məqsədilə onlara təlim, məsləhət, sahibkarlıq fəaliyyətinə başlamalarına şərait yaradılması, kiçik və orta biznes subyektlərinin hüquqlarının, maraqlarının qorunmasında və problemlərinin həllində iştirak edilməsinə köməklik göstərilməsi, vahid məkanda, əlaqələndirilmiş formada, yeni üslubda “G2B” (dövlət-biznes) hər bir xidmətin sahibkar məmnunluğu təmin edilməklə qanunauyğun şəkildə mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilən xidmətlərin və verilən hüquqmüəyyənedici sənədlərin vahid "G2B” (dövlət-biznes) elektron reyestri (bundan sonra – "G2B” reyestri) Dövlət Xidmətlərinin Elektron Reyestrinin (bundan sonra – Elektron Reyestr) tərkibində təşkil edilməsi ilə əlaqədar maarifləndirilmə tədbiri təşkil edilməsi diqqətə çatdırılmışdır. 

KOBİA tərəfindən mikro, kiçik və orta sahibkarlıq subyektlərinə və öz biznesini qurmaq istəyənlərə informasiya, məsləhət, təlim-tədris, hüquqi yardım, digər dövlət strukturları ilə əlaqələndirmə, bazarlara və maliyyə resurslarına çıxışın yaxşılaşdırılması, sahibkarların maraqlarının müdafiəsi kimi istiqamətlərdə dəstək və xidmətlər göstərilir. KOBİA yanında İctimai Şuranın təşkilatçılığı ilə keçirilən “Qida biznesi forumu: mövcud vəziyyət və perspektivlər”, mədəniyyət və incəsənət sahəsində biznesin inkişafına dair ictimai müzakirələrdə Şuşa rayonundan aidiyyəti qurumlar üzrə nümayəndələr iştirak etmişdir.

 

Keçidlər