Gənc sahibkarların və startapçıların inkişafı, onların bilik və bacarıqlarının formalaşdırılması
Prezident cənab İlham Əliyevin Fərmanı ilə təsdiqlənmiş “Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın 7.1.36-cı bəndinin tələblərinə əsasən gənc sahibkarların və startapçıların inkişafı, onların bilik və bacarıqlarının formalaşdırılması, ehtiyaclarının öyrənilməsi məqsədilə tədbirlərin görülməsi istiqamətində 27 yanvar 2023-cü il tarixində Şuşa Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Şuşa rayon Təhsil şöbəsinin yerləşdiyi binada görüş keçirilmişdir. Şuşa Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva KOBİA-ların iqtisadiyyatın inkişafındakı rolundan söz açıb, sahibkarlarla biznes mühitinin yaxşılaşdırılmasına dəstək istiqamətlərində həyata keçirilən layihələr barədə sahibkarlara ətraflı məlumat verib. V. Fətəliyeva “Startapın müəyyən olunması meyarları”na əsasən, “Startap” şəhadətnaməsi əldə edən hüquqi və ya fiziki şəxslərin Azərbaycan Respublikasının Vergi Məcəlləsində nəzərdə tutulan azadolmadan istifadə hüququnun qazanmasından, “Startap” şəhadətnaməsi aldıqları tarixdən mikro və ya kiçik sahibkarlıq subyekti olan hüquqi şəxslərin mənfəət vergisindən, fərdi sahibkar kimi fəaliyyət göstərən fiziki şəxslərin gəlir vergisindən – 3 il müddətinə azad edilməsini qeyd edib.
Tədbirdə Şuşa Rayon Gənclər və İdman idarəsinin rəisi Nadir Bayramov, sahibkarlar, həmçinin sahibkar olmaq istəyən gənclər çıxış edərək, mövzu ətrafında geniş müzakirələr aparıblar.
Sonda gənclərı maraqlandıran suallar cavablandırılıb, bu cür maarifləndirici tədbirlərin əhəmiyyəti vurğulanıb.