Gəncə şəhərində məskunlaşmış Şuşa rayon əhalisi ilə Şuşa Rayon İcra Hakimiyyəti başçısının səyyar görüşü keçirildi
28 aprel 2023 | 17:56
28.04.2023 - cü il tarixdə Şuşa Rayon İcra Hakimiyyəti başçısının Gəncə şəhərində məskunlaşmış Şuşa rayon əhalisi ilə Kəlbəcər Rayon İcra Hakimiyyətinin akt zalında səyyar görüşü keçirilib. Səyyar görüşdə çıxış edən RİH başçısı Bayram Səfərov Prezident cənab İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində ölkəmizin regionda və beynəlxalq müstəvidə artan nüfuzu, regionların sosial – iqtisadi inkişafına yönəlmiş dövlət siyasəti, Qarabağda aparılan tikinti -quruculuq işləri haqqında görüş iştirakçılarına geniş məlumat verib. Görüş zamanı rayon sakinləri işlə təmin olunma, Şuşaya qayıdış, mənzil ilə təmin olunma və onları narahat edən digər məsələlərlə bağlı suallarını səsləndiriblər. Görüşdə vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bəziləri yerindəcə həll edilib, digərlərinin həlli ilə bağlı əlaqədar təşkilatların rəhbərlərinə müvafiq tapşırıqlar verilib. Şuşa rayon əhalisi problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.