Bərk məişət tullantılarının idarə olunması ilə bağlı işlərin davam etdirilməsi
Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın 7.1.74 bəndinin icrası ilə əlaqədar (Bərk məişət tullantılarının idarə olunması ilə bağlı işlərin davam etdirilməsi) Şuşa Rayon İcra Hakimiyyəti başçısının Malıbəyli KİƏD üzrə Nümayəndəliyi və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin “Ramana- 450” qəsəbəsində yerləşən bölməsi birgə fəaliyyət göstərir, bərk məişət tullantılarının idarə olunması ilə bağlı zəruri təbirlər həyata keçirirlər. Şuşa Rayon İcra Hkimiyyəti ətraf mühitin mühafizəsi və ekoloji tarazlığın qorunması istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində insanların sağlamlığının təmin edilməsi üçün rayonda kommunal xidmətlərin yaxşılaşdırılmasına, xüsusən bərk məişət tullantılarının idarə edilməsi sistemində olan ciddi nöqsanların aradan qaldırılması, tullantıların yığılması, daşınması, yerləşdirilməsi və zərərsizləşdirilməsi işi daim nəzarətdə saxlanılır və maarifləndirici tədbirlər həyata keçirilir.