“Gender əsaslı zorakılıqla mübarizə” mövzusunda Şuşa rayon idarə və müəssisələrində növbəti silsilə tədbirlər keçirilmişdir
Bu il noyabrın 25-dən dekabrın 10-dək beynəlxalq “Gender əsaslı zorakılıqla mübarizə” kampaniyasının keçirilməsinin təşkili işi Şuşa Rayon Icra Hakimiyyəti tərəfindən uğurla davam etdirilmişdir.Şuşa Humanitar Kollecində 26 dekabr tarixində “Gender əsaslı zorakılıqla mübarizə” mövzusunda “dəyirmi masa” keçirilmiş, insan hüquqlarının daha səmərəli təmini ilə əlaqədar fikirlər və təkliflər söylənilmiş, həmçinin zorakılığa qarşı ilk növbədə ailələrdə və orta məktəblərdə maariflənmə aparılmasının və gələcəyin sağlam ailəsinin təməlinin bu gün yetişməkdə olan sağlam dünyagörüşlü gənclər olduğu vurğulanıb. Bunun üçün məktəb psixoloqları və valideynlərin daim əlaqəli işləməsinin vacibliyi qeyd edilib. Uşaq Yaradıcılıq Mərkəzinin dərnək üzvləri “İnsan Hüquqları aylığı” çərçivəsində şeir, rəsm müsabiqələri həyata keçirmişlər. Ümumtəhsil məktəblərində insan alveri, məişət zorakilığı, uşaq hüquqları və sairə mövzular ətrafında rayonun hüquq-mühafizə orqanları tərəfindən maarifləndirici söhbətlər aparılmışdır. Mərkəzi Kitabxana Sistemində “Hüquqlarımızı bilirikmi?” mövzusunda tədbir keçirilib. Ümumtəhsil müəssisələrində "Bullinq nədir? Bullinqin fəsadları. Məktəbdə düzgün davranış qaydaları." mövzusunda maarifləndirici dərslər keçirilmişdir. Keçirilmiş sisilə tədbirlərdə bütün dünyada qadın hüquqlarının təmin edilməsi sahəsində əldə edilmiş böyük uğurlarla yanaşı, bir sıra problemlər aktuallığını saxlamaqdadır. Erkən nikahlar, gender əsaslı zorakılıq, məişət zorakılığı və digər problemlərin həlli üçün müəyyən iş görülsə də, problemlər qalmaqda davam edir. Həmçinin bildirilib ki, gender bərabərliyi öz-özlüyündə təkcə mədəni və mənəvi hadisə deyil, həm də yoxsulluğun azaldılması, davamlı inkişafın təmin olunması və səmərəli idarəçiliyin qurulması üçün zəruri olan şərtlərdəndir.
Qeyd olunub ki, bu problemlərin həlli hərtərəfli yanaşma və məqsədli tədbirlərin həyata keçirilməsini tələb edir və bu sahədə maarifləndirmə işinin gücləndirilməsi dövlətimizin daxili siyasətində ən mühüm prioritetlərdən biridir. Tədbirdə, həmçinin “Məişət zorakılığı ilə mübarizəyə dair qanunvericilik” və “Erkən nikah və ona qarşı mübarizə yolları” mövzusunda çıxışlar olub. Tədbir iştirakçıları gələcəkdə baş verə biləcək hər hansı zorakılıq hallarının qarşısının alınması istiqamətində müzakirələr aparmış, görüləcək tədbirlərllə bağlı qurumların daha sıx əməkdaşlıq göstərməsi üçün təkliflərini vermişlər.