“Gender əsaslı zorakılıqla mübarizə” mövzusunda Şuşa rayon ümumtəhsil müəssisələrində silsilə tədbirlər keçirilmişdir
Noyabrın 25-dən dekabrın 10-dək beynəlxalq “Gender əsaslı zorakılıqla mübarizə” kampaniyasının keçirilməsinin təşkili işi Şuşa Rayon İcra Hakimiyyəti tərəfindən uğurla davam etdirilmişdir. Şuşa 1,3,5,9,10,11 saylı tam orta məktəblərdə “Gender əsaslı zorakılıqla mübarizə” mövzusunda silsilə tədbirlər keçirilmişdir. Tədbirlərdə zorakılığa yol açan səbəblərin başında narkomaniya, təhsilsizlik, iqtisadi asılılıq, hüquqi bilgisizlik, patriarxal mədəniyyətin dayandığını vurğulayıb. Zorakılığa məruz qalan şəxslərin çox vaxt belə halları gizli saxladığını, aidiyyəti orqanlara gec müraciət edildi bildirilib və ölkəmizdə məişət zorakılığı, o cümlədən qadın zorakılığı ilə mübarizə istiqamətində həyata keçirilən tədbirlərin, məişət zorakılığı sahəsində hüquqi maarifləndirmənin vacibliyi qeyd olundu.