Həmyerlimiz, şəhid Allahverdiyev Allahverdi Əli oğlunun şəhadətə qovuşduğu gün məzarı önündə yad edilmişdir
27 sentyabr 2025 | 16:16
44 günlük Vətən Müharibəsinin şəhidliyə ucalan qəhrəman igidlərindən biri də Allahverdiyev Allahverdi Əli oğludur. O, 9 iyul 2001-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonunda anadan olmuşdur. Hərbi xidmətini başa vurmağa 3 ay qalmış müharibəyə yollanan Allahverdiyev Allahverdi Əli oğlu 27.09.2020-ci ildə Tərtər rayonu Suqovuşan istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalmış və Bakı şəhəri, Xəzər rayonu, “Buzovna qəbirstanlığı”nda dəfn olunmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə Allahverdiyev Allahverdi Əli oğlu ölümündən sonra “Vətən uğrunda” medalı, 29 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Suqovuşanın azad olunmasına görə” medalı, 24 iyun 2021-ci il tarixli Sərəncamı ilə “Cəsur döyüşçü” medalları ilə təltif edilmişdir.
27 sentyabr 2025-ci il tarixdə Allahverdiyev Allahverdi Əli oğlunun şəhadətə qovuşduğu gün - əziz xatirəsi ehtiramla yad edildi və ruhuna dualar oxundu.
Subay idi.
Allah rəhmət eləsin!






