Şriftin ölçüsü :

Saytın rəngi :

Hər il olduğu kimi 2026-ci ilin tədbirlər planına uyğun olaraq 23.02.2026-cı ildə Şuşa Humanitar Kollecində “Ümumdünya Mülki Müdafiə Günü” nə həsr olunmuş tədbir keçirilmişdir

23 fevral 2026 | 15:34

Mülki Müdafiə - dinc və ya müharibə dövründə əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə dövlət hakimiyyəti orqanları, hüquqi və fiziki şəxslər tərəfindən həyata keçirilən tədbirlər sistemidir. 1 Mart - Ümumdünya Mülki Müdafiə gününün hər il keçirilməsində əsas məqsəd ictimaiyyətin diqqətini bu təşkilatın nə qədər vacib və həyati əhəmiyyət daşıdığına cəlb etmək, hər bir fövqəladə hallara hazır olmaq kimi məsələləri diqqətə çatdırmaqdır. Hər il olduğu kimi 2026-ci ilin tədbirlər planına uyğun olaraq 23.02.2026-cı ildə Şuşa Humanitar Kollecində “Ümumdünya Mülki Müdafiə Günü” nə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə, şagirdlərin və müəllimlərin hazırlığı və maarifləndirilməsi, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması, baş verə biləcək fövqəladə hallar zamanı düzgün davranış qaydaları barədə vərdişlərin aşılanması, müəllim və şagirdlərin diqqətini fövqəladə hallardan qorunma və mülki müdafiənin təşkili məsələlərinə yönəldilməsi məqsədilə keçirilmişdir. Tədbirdə Fövqəladə Hallar Komissiyasının sədri - Şuşa RİHB Aparatınının Sənəd dövriyyəsi, vətəndaş müraciətləri və inzibati işlər şöbəsinin müdiri Qalib Kazımov, Mülki Müdafiə qərargah rəisi - Şuşa RİHB Aparatının Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri Elxan Ələkbərov çıxış edərək ölkə rəhbərliyinin diqqət və qayğısı sayəsində əhalinin təhlükəsizliyinin təmin olunması istiqamətində FHN tərəfindən mütəmadi olaraq lazımi tədbirlər görüldüyü haqqında məlumat veriblər. Bildiririlib ki, Beynəlxalq Mülki Müdafiə Təşkilatı Baş Məclisin qərarı ilə 1972-ci ildən etibarən hər il martın 1-i bu təşkilata üzv olan ölkələrdə “Ümumdünya Mülki Müdafiə Günü” kimi qeyd edilir. Azərbaycan bu nüfuzlu beynəlxalq təşkilata 1993-cü ildə daxil olub. Hazırda Beynəlxalq Mülki Müdafiə Təşkilatına dünyanın 50-dən artıq ölkəsi daxildir. Hər il mülki müdafiə mövzusunda beynəlxalq seminarlar, toplantılar keçirilir, mülki müdafiənin qüvvə və texnikalarının sərgisi təşkil olunur. Əsas məqsəd əhalinin və tələbələrin diqqətini fövqəladə hallar zamanı davranış qaydalarının mənimsənilməsinə yönəltmək, fərdi mühafizə vasitələrindən istifadə etmək, bir sözlə, qaydaları nəzəri və əməli cəhətdən öyrətməkdir. Fövqəladə halların effektiv idarə olunması, o cümlədən mülki müdafiə işinin təşkilində səmərəliliyin artırılması üçün dövlət qurumları arasında qarşılıqlı fəaliyyətin daha da gücləndirilməsinin vacibliyi diqqətə çatdırılmışdır.

 
Keçidlər