Hər il olduğu kimi, bu il də "Son zəng" tədbirləri məktəb rəhbərləri tərəfindən şagirdlərin təhlükəsizliyi təmin olunmaqla Şuşa rayon ümumtəhsil məktəblərində təntənəli şəkildə təşkil edilib
14 iyun 2024 | 17:04
Məktəblərdə təşkil olunan “Son zəng” tədbirlərində Şuşa Rayon İcra Hakimiyyətinin, Qarabağ Regional Təhsil idarəsinin Şuşa rayonu üzrə təhsil sektorunun məsul işçiləri, məktəb direktorları, müəllimlər, valideynlər və şagirdlər iştirak ediblər. Tədbirdə çıxış edən məktəb rəhbərləri və qonaqlar məzunları 11 il oxuduqları məktəbi bitirmələri münasibətilə təbrik edib, onlara gələcək təhsil pillələrində nailiyyətlər və vətənə, xalqa, dövlətə layiqli gənclər, şəxsiyyətlər kimi yetişəcəyinə əminlik ifadə ediblər. Azərbaycanın gələcək inkişafında layiqli mütəxəssis, əsl vətəndaş, şəxsiyyət kimi formalaşmasında böyük nailiyyətlərə çatmalarında peşə seçimlərini düzgün etmələrini tövsiyə ediblər. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə təhsil müəssisələrinin infrastrukturunun yaxşılaşdırılması istiqamətində görülən işlərin gələcəyimiz olan gənclərə daha yaxşı təhsil imkanlarının yaradıldığı, gənc nəslin yetişməsində pilləli təhsilin həyatlarında böyük rol oynadığı iştirakçıların diqqətinə çatdırıldı.
Tədbirlərdə 11-ci və 1-ci sinif şagirdlərinin hazırladığı ədəbi-bədii kompozisiyalar nümayiş olunmuş, daha sonra son zəng çalınmışdır.