"Həyat dəyərlidir onu narkotikə qurban vermə” mövzusunda maarifləndirici silsilə tədbir keçirilmişdir
12 oktyabr 2026-cı il tarixdə Şuşa Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun ümumtəhsil müəssisələrində, Şuşa Uşaq Gənclər və İdman Məktəbində "Həyat dəyərlidir onu narkotikə qurban vermə” mövzusunda maarifləndirici silsilə tədbirlər keçirilmişdir.
Keçirilən tədbirlərdə Yeniyetmə və gənclərə narkotik vasitələrin insan sağlamlığına, psixologiyasına və gələcəyinə vurduğu ağır zərərlər haqqında ətraflı məlumat verilmiş, onlara zərərli vərdişlərdən uzaq durmaq, idmanla və elmə məşğul olmaq tövsiyə edilmiş, narkotik asılılığının bir insanın həyatını və ailəsini necə məhv etdiyini, həmçinin idman və elmlə məşğul olan uğurlu gənclərin həyatını müqayisə edən 5-7 dəqiqəlik qısa sənədli video çarx nümayiş olunmuşdur.
Tədbirin sonunda iştirakçılara narkotik vasitələrdən asılılıq fərdin sağlamlığına, mənəviyyatına və cəmiyyətdəki mövqeyinə ciddi zərər vuran ən böyük təhlükələrdən biridir və bundan qorunmağın yolları haqqında məlumatları əks etdirən bukletlər paylanmış, bildirilmişdir ki, narkomaniya yalnız fərdin deyil, bütövlükdə bir ailənin və cəmiyyətin faciəsidir. Bir gəncin narkotik qurbanına çevrilməsi, bir ananın göz yaşı, bir ailənin ocağının sönməsi deməkdir. Dövlətin və millətin gücü onun sağlam, savadlı və güclü gəncliyindədir. Gəncliyin bu bəlaya mübtəla olması isə cəmiyyətin təməllərinin sarsılması deməkdir. Buna görə də hər birimiz bu təhlükəyə qarşı biganə qalmamalı, maarifləndirmə işlərində aktiv iştirak etməli və ətrafımızda köməyə ehtiyacı olanlara doğru yolu göstərməliyik.






