Şriftin ölçüsü :

Saytın rəngi :

“Heydər Əliyev ili -100” - dahi siyasətçi və qüdrətli dövlət xadimi

07 mart 2023 | 12:10

2023-cü il mayın 10-da Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin həyat amalının təntənəsidir.

Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 29 sentyabr 2022-ci il tarixli Sərəncamında da qeyd edildiyi kimi, ötən əsrin 90-cı illərinin əvvəlində  müstəqilliyini bərpa edən Azərbaycanın ərazisinin bir hissəsinin Ermənistanın  təcavüzünə məruz qaldığı, xarici təzyiqlərin və daxili çəkişmələrin tüğyan etdiyi bir dövrdə xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə gələn Heydər Əliyev  ölkəmizi dünyanın siyasi xəritəsindən silinmək və dövlətçiliyini itirmək təhlükəsindən xilas edərək dövlətin dayanıqlı siyasi və iqtisadi inkişaf yolunu müəyyən etmişdir. Türkiyə ilə Azərbaycan “bir millət iki dövlətdir” deməklə dahi siyasətçi Heydər Əliyev türkdilli dövlətlərin hazırkı sıx birliyinin təməlini qoymuşdur.  Məhz dövlət və xalq qarşısındakı bu əzəmətli və əhatəli xidmətlərinə görə Heydər Əliyev irsini daim  öyrənmək, qorumaq, təbliğ və tətbiq etmək, bugünkü və gələcək nəsillərə çatdırmaq   dövlətimiz və xalqımızın qarşısında duran ən vacib məsələdir. 

2023-cü ilin “Heydər Əliyev” ili elan olunması ilə əlaqədar Ulu öndərin zəngin siyasi irsinin, şərəfli həyat və fəaliyyətinin gənc nəsil tərəfindən öyrənilməsi işinin daha da gücləndirilməsidir. Şuşa rayonunun ümumtəhsil məktəblərində Heydər Əliyevə həsr olunmuş müxtəlif silsilə tədbirlər keçirilmişdir.

Fevral-mart aylarında Şuşa şəhər 1, 6, 7  nömrəli tam orta məktəblərində inşa müsabiqələri, bilik yarışı, xüsusi dərslər, “Ən yaxşı təqdimat” müsabiqəsi , “Sən elə bir zirvəsən” adlı tədbirlər keçirilmişdir.

 

Keçidlər