"Heydər Əliyev İli" çərçivəsində Şuşa rayon səhiyyə müəssisələrində silsilə tədbirlər keçirilir
18 aprel 2023 | 14:13
Şuşa rayonun idarə və müəssisələrində, o cümlədən Şuşa Rayon Mərkəzi Xəstəxanasında və onun tabeliyində olan həkim tibb məntəqələrində "Heydər Əliyev İli" çərçivəsində silsilə tədbirlərin – dəyirmi masalar, ağacəkmə aksiyalarının keçirilməsi aprel ayı ərzində davam etdirilib. Keçirilən tədbirlərdə çıxış edən ziyalılar, səhiyyə işçiləri Ulu öndərin bütün sahələrdə olduğu kimi, Azərbaycan səhiyyəsini, tibb elmi və tibb təhsili sistemini də daim diqqət mərkəzində saxladığı, tibb üzrə xarici mütəxəssislərin diqqətini respublikaya cəlb etməyə, onların yerli mütəxəssislərlə əməkdaşlıq əlaqələrini genişləndirməyə çalışdığını diqqətə çatdırdılar. Azərbaycan səhiyyəsinin, tibb elmi və tibb təhsili sisteminin bütün ağırlığını öz çiyinləri üzərinə götürərək onu inkişaf etdirən və gələcək perspektivlərini müəyyənləşdirən dahi Heydər Əliyev dəst-xətti, qüdrəti öz möhtəşəmliyi ilə daim seçilir və bənzərsizliyi ilə fərqlənir. Ona görə də müasir Azərbaycan Respublikasının memarı olan Heydər Əliyevin ideyaları ölkənin tibb elmi və tibb təhsili sisteminin, Azərbaycan səhiyyəsinin də sarsılmaz dayağı, ilhamverici qüvvəsidir. Ulu öndərin dünyəvi ideyalarına söykənən siyasət əbədidir, həmişəyaşardır. Ümummilli liderin Azərbaycan səhiyyəsinin, eləcə də tibb elmi və tibb təhsili sisteminin dayanıqlı və sabit inkişafının təminatına işıq salan ideyaları daim yaşayacaqdır.