Şriftin ölçüsü :

Saytın rəngi :

Heyvan kəsiminin müvafiq qaydada həyata keçirilməsinin təmin edilməsi

16 fevral 2023 | 12:45

Baytarlıq-sanitariya və sanitariya-gigiyena tələblərinə uyğun müasir kiçik və orta tutumlu ət kəsimi məntəqələrinin yaradılması barədə fərmanın icrası ilə əlaqədar Şuşa rayon əhalisinin sıx məskunlaşdığı ərazilərdə Şuşa Rayon İcra Hakimiyyəti başçısının inzibati ərazi dairəsi üzrə nümayəndələri və  Şuşa Rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri idarəsinin əməkdaşları tərəfindən mütəmadi olaraq əhali ilə keçirilən görüşlərdə bu məsələ gündəmə gətirilir. Baytarlıq-sanitariya və sanitariya-gigiyena tələblərinə uyğun müasir kiçik və orta tutumlu ət kəsimi məntəqələrinin yaradılması, düzgün istifadə qaydalarının təşviq edilməsi və dəstəklənməsi, ictimai nəzarət tədbirlərinin gücləndirilməsi ilə bağlı  maarifləndirici söhbətlər aparılır.

Heyvan kəsiminin müvafiq qaydada həyata keçirilməsini təmin etmək üçün əvvəlcədən müəyyən olunmuş ərazilərdə kəsim məntəqələrinin fəaliyyət göstərməsi  daim gündəmdə saxlanılır. Kəsimdən əvvəl və sonra müvafiq baytarlıq müayinəsinin keçirilməsi heyvandan insana keçə biləcək xəstəliklərin qarşısının alınması baxımından zəruri şərtdir. Sanitariya-gigiyena tələblərinə uyğun olmayan küçə, yol kənarı, məhəllə, park və digər ictimai yerlərdə heyvan kəsimi və satışı, eyni zamanda baytarlıq arayışı olmadan iri və xırdabuynuzlu heyvanların daşınmasının  yolverilməzliyi əhali arasında keçirilən görüşlərdə xüsusilə vurğulanır.

Şuşa Rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri idarəsinin 2019-2025-ci illər Tədbirlər Planında da baytarlıq-sanitariya və sanitariya-gigiyena tələblərinə uyğun müasir kiçik və orta tutumlu ət kəsimi məntəqələrinin yaradılması öz əksini tapmışdır.

 

Keçidlər