Şriftin ölçüsü :

Saytın rəngi :

Himayədar ailə institutunun inkişafına hədəflənən silsilə tədbirlər keçirilmişdir

15 yanvar 2025 | 17:28

Azərbaycan Respublikasında sosial xidmətin inkişafına dair 2023-2026-cı illər üçün Dövlət Proqramının icrası ilə bağlı Şuşa Rayon İcra Hakimiyyətinin təşkilatlığı ilə 15.01.2025-ci tarixdə “Himayədar ailə institutunun təşkili” mövzusunda tədbir keçirilmişdir. Tədbirdə Rayon İcra Hakimiyyətinin məsul işçiləri, idarə, müəssisə rəhbərləri, ümumtəhsil müəssisələrin direktorları, müəllimlər, valideynlər, məktəblərin yuxarı sinif şagirdləri iştirak etmişdir.
Tədbirdə çıxış edənlər mövzu ətrafında fikirlər bildirərək “Himayədar ailə” qayğı modeli haqqında tədbir iştirakçılarına ətraflı məlumat vermiş, qeyd etmişdirlər ki, bu model valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaqların müqavilə əsasında müvəqqəti ailə yanında yerləşdirilməsini nəzərdə tutan alternativ uşaq qayğı modelidir. “Himayədar ailə” qayğı modelində himayədar ailələr müqavilə əsasında onların yanına yerləşdirilmiş uşaqların qidalanması, təhsili, sağlamlığı, fiziki və əqli inkişafının qeydinə qalır, onların ailə mühitində böyüməsinə şərait yaradır və buna görə dövlət tərəfindən müəyyənləşdirilən stimullaşdırıcı dəstək mexanizmlərindən istifadə edirlər. Övladlığa götürmədən fərqli olaraq “himayədar ailə” qayğı modelində uşaq ailə yanında müvəqqəti yerləşdirilir, uşaqla himayədar valideynlər arasında valideynlik münasibətləri yaranmır, uşaq ailənin varisi sayılmır. Qanunvericiliklə müəyyən edilmiş yaş həddi, sağlamlıq, ev şəraiti, gəlir tələblərini ödəyən subay və ya evli Azərbaycan Respublikası vətəndaşları himayədar ailə ola bilərlər. "Himayədar ailə" qayğı modeli üzrə müraciət və xidmətlərin idarəedilməsi övladlığa götürmədə olduğu kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Valideyn himayəsindən məhrum olmuş uşaqlar və övladlığagötürmə” altsistemi üzərindən həyata keçiriləcəkdir.
Bildirilib ki, tədbir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasında sosial xidmətin inkişafına dair 2023-2026-cı illər üçün Dövlət Proqramı”nın müvafiq bəndlərinin icrası ilə bağlı keçirilir. Tədbirdə sosial xidmət sahəsində həyata keçirilən tədbirlərin effektivliyinin artırılması məqsədilə aidiyyəti qurumların əlaqəli işləməsinin vacib məsələlərdən olduğu vurğulanıb. “Himayədar ailə institutunun təşkili” mövzusunda çıxışlar dinlənilib. Daha sonra mövzu ətrafında geniş müzakirələr aparılıb.

Keçidlər