Şriftin ölçüsü :

Saytın rəngi :

İctimai məlumatlılığın artırılması istiqamətində Şuşa Humanitar Kollecində "Qida təhlükəsizliyi" adlı seminar keçirilmişdir

05 oktyabr 2022 | 17:01

Təhsil müəssisələrində ictimai məlumatlılığın artırılması istiqamətində tədbirlərin görülməsi məqsədilə Şuşa Humanitar Kollecində  "Qida təhlükəsizliyi" adlı seminar keçirilmişdir. Seminarda tələbələr  tərəfindən hazırlanmış təqdimatlar nümayiş etdirilmiş, sağlam və təhlükəli qidalar haqqında referatlar söylənmiş və diskusiya təşkil olunmuşdur. Seminarda həmçinin Ümumdünya Qida Təhlükəsizliyi Günü Birləşmiş Millətlər Təşkilatının 24 dekabr 2018–ci il tarixli qərarı ilə, ərzaq təhlükəsizliyinin qida məhsullarının təhlükəsizliyi ilə sıx bağlı olması, dünyada ərzaq istehsalat-təchizat zəncirinin daha da mürəkkəbləşdiyi, qida məhsullarının təhlükəsizliyi ilə bağlı istənilən xoşagəlməz hadisələrin insanların sağlamlığına, ticarətə, ümumilikdə bütün dünya iqtisadiyyatına mənfi təsiri haqqında məlumat verilib. Azərbaycanda qida təhlükəsizliyinin təmin olunması məqsədi ilə Prezident İlham Əliyevin 10 fevral 2017-ci il tarixli “Azərbaycan Respublikasında qida təhlükəsizliyi sisteminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” fərmanı ilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi yaradıldığı haqqında danışılıb.

Keçidlər