Şriftin ölçüsü :

Saytın rəngi :

II Qarabağ müharibəsində torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Şuşa şəhər sakini Allahverdiyev Allahverdi Əli oğlunun əziz xatirəsini dərin ehtiramla yad edirik

02 oktyabr 2023 | 10:39
II Qarabağ müharibəsində torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Şuşa şəhər sakini Allahverdiyev Allahverdi Əli oğlunun əziz xatirəsini dərin ehtiramla yad edirik
 
Şuşa şəhər sakini Allahverdiyev Allahverdi Əli oğlu 09 iyul 2001-ci ildə Bakı şəhərində anadan olmuşdur.
2007-ci ildə Bakı şəhəri Nizami rayonu 238 saylı orta məktəbin 1-ci sinfinə daxil olmuş və 2018-ci ildə həmin məktəbin 11-ci sinfini bitirmişdir.
2019-cu ildə Mingəçevir şəhərində “N” saylı hərbi hissədə hərbi xidmətdə olub.
Hərbi xidmətini başa vurmağa 3 ay qalmış müharibəyə yollanıb. 27.09.2020-ci ildə Tərtər rayonu Suqovuşan istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalmış və Bakı şəhəri, Xəzər rayonu, “Buzovna qəbirstanlığı”nda dəfn olunmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə Allahverdiyev Allahverdi Əli oğlu ölümündən sonra “Vətən uğrunda” medalı, 29 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Suqovuşanın azad olunmasına görə” medalı, 24 iyun 2021-ci il tarixli Sərəncamı ilə “Cəsur döyüşçü” medalları ilə təltif edilmişdir.
Subay idi.
Allah rəhmət eləsin!
Keçidlər