İlk peşə-ixtisas təhsilində distant təhsilin rolu və imkanları mövzusunda maarifləndirici tədbir
Regionların sosial-iqtisadi inkişaf prioritetlərini nəzərə alaraq müasir tələblərə cavab verən işsiz və işaxtaran vətəndaşlar üçün Regional Peşə Təhsil Mərkəzləri şəbəkəsinin genişləndirilməsi, mövcud olanların maddi-texniki bazasının gücləndirilməsi, səriştə əsaslı modul və distant (məsafədən) təlim imkanlarının artırılması məqsədilə 13 fevral 2023-cü il tarixdə Şuşa Humanitar Kollecində Şuşa Rayon Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə peşə təhsilinin müxtəlif istiqamətləri üzrə rayon gənclərinin iştirakı ilə ilk peşə-ixtisas təhsilində distant təhsilin rolu və imkanları mövzusunda maarifləndirici tədbir keçirilmişdir. Tədbirdə çıxış edən Şuşa Rayon Gənclər və İdman idarəsinin rəisi Nadir Bayramov bildirdi ki, ölkə Prezidenti cənab İlham Əliyevin 3 iyul 2007-ci il tarixli 2282 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə Dövlət Proqramı (2007-2012-ci illər)" texniki peşə təhsilinin günün tələbləri səviyyəsində qurulması istiqamətində mühüm bir addım olmuş, texniki peşə təhsili müəssisələrində tədris prosesində müasir informasiya və kommunikasiya texnologiyalarının geniş istifadəsinə nail olunması, məsafədən təhsil kimi müasir təhsil formalarından istifadə imkanlarının araşdırılması, onların real praktikada həyata keçirilməsi əsas məsələlərdən biri kimi önə çəkilmişdir. Distant təhsil ənənəvi təhsilə inteqrasiya olmuş bütöv bir şəbəkə halında olan müəllimlərin rəhbərliyi altında aparılan təhsil formasıdır.
Rayonun əhalisi respublikanın 58 rayonunda məskunlaşmışdır. Şuşa rayon qeydiyyatında olan əhalinin, gənclərin müvəqqəti məskunlaşdıqları rayon və şəhərlərdə yerləşən, müasir tələblərə cavab verən Regional Peşə Təhsil Mərkəzlərinə müraciət etmələri üçün maarifləndirmə işləri aparılmışdır:
İxtisaslı kadr hazırlığının keyfiyyətini yüksəltmək məqsədilə təşkil edilən peşə hazırlığı üzrə məşğələlər nəzəri və praktik hissədən ibarət olmaqla aparılır. Peşə hazırlığının nəzəri hissəsi əyani və ya distant (məsafədən) formada aşağıdakı təlim modulları üzrə həyata keçirilir:
- peşə fəaliyyətinin ümumi əsasları üzrə təlim;
- ixtisas sahələri üzrə təlim;
- innovasiyalar üzrə təlim.
Peşə hazırlığının praktiki hissəsində məşğələlər yarım-qruplarda aparılır və peşə hazırlığına cəlb edilmiş müdavimlər peşə hazırlığını həyata keçirən müəssisələrin təlim-istehsalat, təsərrüfat sahələrində, o cümlədən işəgötürənlərin istehsalat bazasında istehsalat təlimi və təcrübəsi keçirlər.
Digər çıxış edənlər qeyd etdilər ki, tədbirin keçirilməsində əsas məqsəd peşə təhsilinin əhatə dairəsini daha da genişləndirmək, gənclərin bu prosesə cəlb edilməsini təmin etməkdir. Tədbir iştirakçıları müxtəlif peşələrin sirri ilə bağlı maraqlı məlumatlar əldə ediblər.