İnsan alverinin qurbanı olmuş şəxslərin məşğulluğunun təmin edilməsi
Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2020-ci il tarixli, 2173 saylı Sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2020-2024-cü illər üçün Milli Fəaliyyət Planı” nda insan alverinin qarşısının alınması çərçivəsində Şuşa Rayon İcra Hakimiyyəti və rayon üzrə idarə-müəssisələr tərəfindən insan alverinin və məcburi əməyin potensial qurbanlarının yaranmağının qarşısının alınması məqsədilə tədbir keçirilib. Tədbirdə Şuşa Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva, Aparatın məsul əməkdaşları, aidiyyəti nümayəndələr iştirak ediblər. Tədbiri giriş sözü ilə açan Vüsalə Fətəliyeva Milli Fəaliyyət Planının 4.2.5 bəndinin icrası istiqamətində insan alverinin və məcburi əməyin potensial qurbanlarının məşğulluğunun təmin edilməsi, insan alverindən zərər çəkmiş şəxslərin işə götürülməsi üçün sahibkarların həvəsləndirilməsində vətəndaş cəmiyyəti institutlarının bu istiqamətdə əməli addımlar atılmasının önəmindən bəhs edib. V.Fətəliyeva insan alverinin qurbanı olmuş şəxslərin cəmiyyətin həssas təbəqəsi olduğu üçün onlara yanaşmada diqqətli olmaq, onların məşğulluğunun təmin edilməsi üçün şərait yaratdıqlarına görə sahibkarların həvəsləndirilməsinin, fəxri fərmanlarla mükafatlandırılmasının vacibliyini, kütləvi informasiya vasitələrində yazıların işıqlandırılmasını vurğulayıb.