Şriftin ölçüsü :

Saytın rəngi :

“İnsan Hüquqları Aylığı” çərçivəsində “İnsan və vətəndaş hüquqları” adlı dəyirmi masa keçirilmişdir

10 iyun 2026 | 16:17
​Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili tərəfindən elan olunmuş “İnsan Hüquqları Aylığı” çərçivəsində respublikanın müxtəlif rayonlarında olduğu kimi, Şuşa rayonunda da silsilə tədbirlər həyata keçirilir. Şuşa Rayon İcra Hakimiyyəti və Qarabağ Regional Mədəniyyət İdarəsinin Şuşa rayonu üzrə mədəniyyət müəssisələrinin birgə təşkilatçılığı ilə Bülbülcan adına Şuşa şəhər uşaq musiqi məktəbində “İnsan və vətəndaş hüquqları” adlı dəyirmi masa keçirilmişdir. Tədbirdə Şuşa Rayon İcra Hakimiyyətinin, Qarabağ Regional Mədəniyyət İdarəsinin Şuşa rayonu üzrə mədəniyyət müəssisələrinin, Qarabağ Regional Gənclər və İdman İdarəsinin Şuşa rayonu üzrə Gənclər və İdman sektorunun, YAP Şuşa rayon təşkilatının əməkdaşları, uşaq hüquqlarının müdafiəsi üzrə rayon komissiyasının, ictimai şuranın üzvləri və müəllimlər iştirak etmişlər.
​Tədbirdə insan hüquqları aylığının keçirilməsində məqsəd əhalinin müxtəlif qruplarının hüquqi maarifləndirilməsi, onların hüquq düşüncəsinin inkişaf etdirilməsi və pozulmuş hüquqların bərpası istiqamətində rayon üzrə görülmüş işlərin müzakirəsi idi. Tədbiri giriş sözü ilə açan Şuşa Rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Natiq Mahmudov Azərbaycan Respublikasının insan hüquqları haqqında beynəlxalq sazişlərə qoşulması, bu sahədə elmi-tədqiqat institutunun yaradılması, normativ-hüquqi aktların insan hüquqlarına dair beynəlxalq standartlara tam uyğunluğunun təmin edilməsi, hüquqi mexanizmlərin təkmilləşdirilməsi, insan hüquqları ilə bağlı fəaliyyət göstərən qurumlarla əməkdaşlığın daha da inkişaf etdirilməsi, insan hüquqları haqqında öhdəliklərə riayət edilməsi və digər məsələlərin ölkəmizdə insan hüquqlarına verilən dəyərin əsas göstəricisi olduğunu qeyd etmişdir. Bildirmişdir ki, dövlət və yerli özünüidarəetmə orqanları, elm, təhsil və tibb müəssisələri, vətəndaş cəmiyyəti institutları, o cümlədən qeyri-hökumət təşkilatları tərəfindən “İnsan hüquqları aylığı” çərçivəsində insan hüquqlarına həsr olunan silsilə tədbirlər təşkil olunur, müxtəlif media orqanlarında bununla bağlı maarifləndirici yazılar dərc edilir. İnsan hüquq və azadlıqlarının müdafiəsinin daha səmərəli təmin edilməsi üçün Azərbaycan Respublikasının qanunlarının, Dövlət proqramlarının, Milli Fəaliyyət planlarının tələblərini icra etmək istiqamətində Şuşa Rayon İcra Hakimiyyəti tərəfindən aidiyyəti tədbirlər davam etdirilmişdir.
​Çıxışlar zamanı Azərbaycan Respublikasının qanunvericiliyində əks olunmuş əsas insan və vətəndaş hüquq və azadlıqları haqqında iştirakçılara geniş məlumat verilmiş, ölkəmizdə Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən hüquqi dövlət quruculuğu siyasətindən, insan hüquq və azadlıqlarının layiqincə qorunması istiqamətində Şuşa rayonu üzrə görülmüş işlər müzakirə olunmuşdur. Ölkəmizin müstəqilliyini bərpa etdikdən sonra Dünya Birliyinin tamhüquqlu üzvü kimi ümumbəşəri dəyərlərin üstünlüyünü qəbul etməklə demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunu özünün inkişaf yolu kimi seçməsindən bəhs edilmişdir.
 
Keçidlər