Şriftin ölçüsü :

Saytın rəngi :

“İnsan Hüquqları Aylığı” çərçivəsində tədbir keçirilmişdir

11 iyun 2025 | 17:52
11 iyun 2025-ci il tarixdə Şuşa Rayon İcra Hakimiyyətində “18 iyun – Azərbaycanda İnsan Hüquqları Günü” ilə əlaqədar tədbir keçirilmişdir. Tədbirdə Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva, İcra Hakimiyyətinin məsul işçiləri, idarə, müəssisə rəhbərləri iştirak etmişdir.
Tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başladı. Torpaqlarımızın azadlığı uğrunda canından keçənlərin əziz xatirəsi bir dəqiqəli sükutla yad edildi.
Tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 2007-ci ildə hər il iyun ayının 18-nin İnsan Hüquqları Günü kimi qeyd edilməsinə dair Sərəncam imzalandığı və həmin tarixdən bu günədək insan hüquqları sahəsində böyük irəliləyişlərə nail olunduğu, müxtəlif qanunvericilik aktları qəbul edildiyi haqqında məlumat verib və Ulu öndər Heydər Əliyevin ilk dəfə insan hüquqları üzrə müvəkkil institutunun təsis edilməsi üçün 1998-ci il 22 fevral tarixli “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında” Fərman imzalaması, habelə 1998-ci il 18 iyun tarixli Sərəncamı ilə təsdiq edilən Dövlət Proqramında İnsan Hüquqları üzrə Müvəkkil təsisatının yaradılmasından danışıb, Ombudsman təsisatının yaradılmasının hüquqi dövlət quruculuğu istiqamətində aparılan islahatların məntiqi davamı olduğunu bildirib. Prezident İlham Əliyevin 2006-cı il dekabrın 28-də imzaladığı “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında” Sərəncamda Azərbaycanın müasir inkişaf dövründə hüquqi dövlət quruculuğu və insan hüquqlarının müdafiəsi sahəsində səylərin gücləndirilməsinin dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğunu qeyd edib.
Tədbirdə insan hüquqları və qanuni mənafelərinin qorunması istiqamətində dövlət səviyyəsində görülmüş məqsədyönlü işlərə toxunulub. Tədbirdə çıxış edənlər vurğulayıb ki, “İnsan Hüquqları Aylığı” çərçivəsində təşkil olunan tədbirlər ölkəmizdə insan hüquqlarının təbliğində, eləcə də əhalinin müxtəlif qruplarının hüquqlarının müdafiəsində və onların problemlərinin həllində önəmli rol oynayır. Sonda mövzu ətrafında fikir mübadiləsi aparılıb, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
 
Keçidlər