Şriftin ölçüsü :

Saytın rəngi :

Respublika üzrə 2021–2025-ci illərdə baxımsız və kimsəsiz uşaqların sosial reabilitasiyası

13 may 2022 | 16:35

Respublika üzrə 2021–2025-ci illərdə baxımsız və kimsəsiz uşaqların sosial reabilitasiyası, xüsusilə onların peşə təhsilinə yönləndirilməsi ilə bağlı Şuşa rayonunun ümumtəhsil məktəblərində maarifləndirici  tədbirlər mütəmadi olaraq keçirilir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı”nda əks olunmuş bəndlər üzrə erkən yaş dövründə uşaqların inkişafının təmin olunması, körpələrin ana südü ilə qidalanmasının əhəmiyyətinin təbliği, uşaqların əlilliyinin qarşısının alınması və inkişaf pozuntularının erkən aşkarlanması məqsədilə keçirilən tədbirlərdə yeniyetmə və şagirdlərin valideynləri də dəvət olunur. Fəaliyyət Planında nəzərdə tutulan əsas məsələlərdən biri də sağlam həyat tərzinin və asudə vaxtın təşkilidir. Kimsəsiz uşaqların rayon üzrə qeydiyyatı aparılaraq müxtəlif işlərə cəlb edilirlər. Bu sahədə rayon icra hakimiyyəti tərəfindən tədbirlər həyata keçirilir. Müxtəlif peşə sahələri üzrə zəruri bilik və bacarıqlara malik mütəxəssislərin hazırlanmasında maarifləndirici tədbirlərin miqyası genişlənir. “Ramana-450” qəsəbəsində yerləşən Malıbəyli kənd 1 nömrəli tam orta və Xankəndi şəhər 4 nömrəli tam orta məktəbində yeniyetmələrin müxtəlif peşələri tanımasına  və öz xüsusiyyətlərinə uyğun peşələrə yiyələnməsi gənclər arasında təbliğ edilmişdir.

 

Keçidlər