“Konstitusiya və Suverenlik İli” çərçivəsində ağacəkmə aksiyası keçirilib
14 mart 2025 | 16:01
Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2024-cü il tarixli 432 nömrəli Sərəncamı ilə 2025-ci il ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edilmişdir. Bununla əlaqədar olaraq 14 mart 2025-ci il tarixdə rayon ərazisində ağacəkmə aksiyası keçirilmişdir. Aksiyada Şuşa Rayon İcra Hakimiyyətinin məsul işçiləri, İcra Hakimiyyəti Başçısının inzibati ərazi dairələri üzrə nümayəndələri, idarə müəssisə rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak edib.
Şuşa rayon İcra Hakimiyyəti tərəfindən “Konstitusiya və Suverenlik İli” ilə bağlı tədbirlər ilboyu davam etdiriləcəkdir.






