Şriftin ölçüsü :

Saytın rəngi :

“Konstitusiya və suverenlik ili” çərçivəsində Konstitusiyamızın qəbul edilməsinin 30-cu ildönümü münasibətilə rayon üzrə silsilə tədbirlər keçirilmişdir

12 noyabr 2025 | 17:10
Bu il müstəqil dövlətimizin ilk Konstitusiyasının qəbul edilməsinin 30-cu ildönümü tamam olur. Azərbaycan Respublikasının Konstitusiyası ilə bəyan edilmiş niyyətlərdən biri kimi ölkənin ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunduğunu, 2025-ci ildə Konstitusiyamızın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində Qələbəmizin 5-ci ildönümünü nəzərə alaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2024-cü il 28 dekabr tarixli Sərəncamı ilə 2025-ci il Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” elan edilmişdir.
Dövlətimizin başçısı İlham Əliyev tərəfindən imzalanan bu Sərəncam müasir dövlətçilik tariximizdə əldə edilən parlaq Zəfərin hüquqi-siyasi təsdiqidir.
Konstitusiya ən mühüm, ali hüquqi sənəddir və ölkənin siyasi, iqtisadi və hüquqi inkişafını istiqamətləndirən əsas qaydaları müəyyən edir. Konstitusiyanın qəbul edilməsi ölkəmizin inkişafının prinsipcə yeni mərhələyə qədəm qoymasının göstəricisi olmaqla, gələcək nailiyyətlərin hüquqi bazası qismində çıxış edir. Bu mühüm məqam ilə bağlı dövlətimizin başçısı İlham Əliyev tərəfindən imzalanan 2024-cü il 28 dekabr tarixli Sərəncamda qeyd edilmişdir: “Ulu Öndərin bilavasitə rəhbərliyi ilə hazırlanmış və 1995-ci il noyabrın 12-də qəbul olunmuş Azərbaycan Respublikasının ilk Konstitusiyası ölkəmizdə genişmiqyaslı qanunvericilik və institusional islahatların əsasını təşkil etdi. Bu Konstitusiya dövlətimizin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması, hüquqi, dünyəvi dövlət quruculuğu, vətəndaşlarımızın layiqli həyat səviyyəsinin, dünya ölkələri ilə dostluq və əmin-amanlıq şəraitində əməkdaşlığın təmin edilməsi kimi ali niyyətlərin həyata keçirilməsi üçün mühüm qanunvericilik bazası rolunu oynamışdır”. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə formalaşan dövlət idarəetmə sistemi, hüquqi dövlət və vətəndaş cəmiyyəti prinsipləri bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında daha da inkişaf etdirilir və müasir dövrün tələblərinə uyğun şəkildə təkmilləşdirilir. Bütövlükdə 2025-ci ilin bir sıra mühüm siyasi hadisələri bir daha göstərdi ki, Azərbaycan Prezidenti İlham Əliyev dövlətçilik prinsiplərinə sadiq lider olmaqla, milli maraqlara əsaslanaraq həyata keçirdiyi xarici siyasət, diplomatiya və strateji baxışlar sayəsində Azərbaycan beynəlxalq aləmdə etibarlı tərəfdaşa çevrilib.
Qürurverici haldır ki, xalqımızın qədim tarixə, zəngin mədəniyyətə malik olan Azərbaycan kimi vətəni var. Bu gün öz müstəqil və suveren dövlətimizə sahibik, mübarizə ilə əldə edilən suverenlik bizim milli sərvətimizdir. Odur ki, hər bir azərbaycanlı bu gün ölkəsinin ərazi bütövlüyü və suverenliyinin, hər qarış torpağında Konstitusiyanın hüquqi qüvvəsinin tam bərqərar olunmasının sonsuz sevincini, qürurunu yaşayır. Bu dəyər bütöv bir xalq olaraq bizi yeni nailiyyətlərə, zəfərlərə ruhlandırır.
12 Noyabr – Konstitusiya Gününüz mübarək!
Keçidlər