Şriftin ölçüsü :

Saytın rəngi :

“Konstitusiya və suverenlik ili” çərçivəsində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci illiyinə həsr olunmuş “Heydər Əliyev dahi xilaskar və dövlət qurucusu” adlı tədbir keçirilmişdir

07 may 2025 | 17:03

07 may 2025-ci il tarixdə Şuşa Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Konstitusiya və suverenlik ili” çərçivəsində Şuşa Dövlət Musiqili Dram Teatrında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci illiyinə həsr olunmuş “Heydər Əliyev dahi xilaskar və dövlət qurucusu” adlı tədbir keçirilmişdir. Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov, Azərbaycan Respublikası Milli Məclisin deputatı Polad Bülbüloğlu, İcra Hakimiyyətinin məsul işçiləri, şəhid ailələri, qazilər, idarə, müəssisə rəhbərləri, ziyalılar və tələbələr iştirak etmişdir.

Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlamış, Ulu öndər Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Sonra  Ulu Öndər Heydər Əliyevin həyatı və siyasi fəaliyyətini əks etdirən videoçarx nümayiş olunmuşdur.

Tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov tədbir iştirakçılarını salamlayaraq qeyd etmişdir ki, 5 ildir ki, qalib xalq kimi bütün tədbirlərimizi qürurla qeyd edirik. Bu qüruru bizə yaşadan qəhrəman oğullara ömür boyu minnətdarıq, şəhid olan övladlarımızın ruhları və canı, qanı bahasına vuruşan qazilərimizin qarşısında baş əyirik. 44 günlük müharibə, 23 saatlıq antiterror əməliyyatlarına komandanlıq etmiş Ali Baş Komandan İlham Əliyevin böyük diplomatiyasını, sərkərdəliyini, vətənpərvərliyini böyük hörmət və məhəbbətlə tarixə, nəsillərə ötürməyi hər zaman özümüzə borc biləcəyik. Qələbədən sonra atası ulu öndər Heydər Əliyevin məzarını ziyarət edən cənab Prezident  “Mən, ata vəsiyyətini yerinə yetirdim” raportunu verdi. Bu tarixə qızıl hərflərlə yazılan Zəfər tariximiz oldu. Bu gün qələbə tarixli yol xəritəsi Ulu Öndər Heydər Əliyev strategiyasının xidmətləri idi. Bayram Səfərov 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edilməsini Konstitusiyamızın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində qələbəmizin 5-ci ildönümü ilə əlaqədar ölkəmizin tarixi nailiyyətlərini, Konstitusiyamızın qüdrətini və suverenliyimizin bərpasını vurğulayan əlamətdar hadisə kimi qiymətləndirmiş, bu qərarın müstəqil Azərbaycanın gücünü və inkişafını bir daha nümayiş etdirməklə yanaşı, xalqımızın birliyinin, həmrəyliyinin ifadəsi  olduğunu bildirmişdir.

Sonra Azərbaycan Respublikası Milli Məclisin deputatı  Şuşa rayonu üzrə millət vəkili  Polad Bülbüloğlu çıxış edərək, Ulu Öndər Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısındakı misilsiz xidmətlərindən, eyni zamanda dahi rəhbərin siyasi irsinin gələcək nəsillər üçün əhəmiyyətindən söz açmışdır.  Bildirmişdir ki, Ümummilli Lider Heydər ƏIiyevin Azərbaycanın tərəqqisinə xidmət edən səmərəli dövlətçilik siyasəti bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən yüksək əzmkarlıq və yaradıcılıqla davam etdirilir. Ölkəmiz beynəlxalq münasibətlər məkanında liderlik mövqeyində dayanıb. Artıq Azərbaycanın dünəni və bugünü ilə yanaşı, gələcəyi, rifahlı sabahı da tam təmin edilib.

I Qarabağ müharibəsi qazisi  Elxan Ələkbərov qeyd etdi ki, məhz Ulu öndər Heydər Əliyevin müəyyən etdiyi sosial siyasət nəticəsində müharibə əlilləri, veteranları və şəhid ailələri Azərbaycanda xüsusi dövlət qayğısı ilə əhatə olundular. Bu kateqoriyadan olan insanların sosial problemlərinin həlli, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması, avtomobillərlə təmin olunması, qazilərin əsaslı şəkildə müalicə alaraq sağalması üçün lazım olan bütün addımlar atıldı, onlara yüksək qayğı və diqqətin mexanizmi işlənib hazırlandı. Bu gün Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun İkinci Qarabağ – Vətən müharibəsində qazandığı böyük qələbə hər bir azərbaycanlının qəlbini sevinc hissləri ilə doldurur, hər birimizdə böyük qürur yaradır. Tədbirin bədii hissəsində Şuşa Dövlət Musiqili Dram Teatrının aktyorları  Ulu öndərin xatirəsinə həsr olunmuş Z.Yaqubun “Böyük Ömrün Dastanı” adlı ədəbi-bədii kompozisiya  nümayiş etdirilmiş, Respublika Müsabiqələri laureatı Orxan Mövlan və Saleh Nəzərovun ifasında “Ulu Öndər torpağında” mahnısı, Şuşa Humanitar Kollecin vokal müəllimi Rüfət Piriyevin ifasında “Ey Vətən” mahnısı  səsləndirilmişdir. Tədbirin yekununda xatirə şəkilləri çəkilmişdir.

Keçidlər