“Konstitusiya və suverenlik ili” çərçivəsində “Uşaq hüquqları aylığı” ilə əlaqədar rayon üzrə silsilə tədbirlər keçirilmişdir
Şuşa Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Konstitusiya və suverenlik ili” çərçivəsində “Uşaq hüquqları aylığı” ilə əlaqədar rayon üzrə ümumtəhsil müəssisələrində “Uşaqlar öz hüquqlarını niyə bilməlidir”, “Mən öz hüquqlarımı bilirəm”, “Mənim hüquqlarım”, “Hüquqlarımızı qoruyaq” mövzularında dəyirmi masalar və silsilə tədbirlər keçirilmişdir. “Uşaq Hüquqları Aylığı”nın keçirilməsində məqsəd aidiyyəti qurumları cəlb etməklə uşaqlara diqqət və qayğının təşviq edilməsi, onlara qarşı pis rəftarın və zorakılığın qarşısının alınması, bu sahədə məlumatlılığın artırılması, uşaq hüquqlarının səmərəli müdafiəsi və təbliğinə nail olmaqdır. Uşaqlar gələcəyimizi təcəssüm etdirən ən dəyərli sərvətimizdir. Uşaq hüquqlarının müdafiəsi və təbliği uşaqların inkişafı, rifahı, onların müxtəlif zərərlərdən qorunması baxımından mühüm əhəmiyyətə malikdir. Ümidvarıq ki, aylıq çərçivəsində uşaqları da fəal şəkildə cəlb etməklə keçiriləcək tədbirlər uşaq hüquqlarının müdafiəsinə diqqəti daha da artıracaq, hüquq və azadlıqların daha səmərəli müdafiəsini təmin edəcəkdir.
“Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə Vətən müharibəsində və antiterror əməliyyatında əldə etdiyimiz Qələbə nəticəsində ərazi bütövlüyümüzün və suverenliyimizin bərpa edilməsi işğaldan azad olunmuş ərazilərimizdə də uşaqların hüquqlarının təmininə imkan yaradılıb və bu istiqamətdə də genişmiqyaslı tədbirlərin icrası davam etdirilir.






