Şriftin ölçüsü :

Saytın rəngi :

“Korrupsiyaya qarşı mübarizə sahəsində fəaliyyət göstərən vətəndaş cəmiyyəti institutları ilə dövlət orqanları arasında əməkdaşlığın daha da gücləndirilməsi və birgə layihələrin həyata keçirilməsi” mövzusunda tədbirlər keçirilib

05 iyul 2022 | 16:54

Azərbaycanda vətəndaş cəmiyyəti institutları korrupsiyaya qarşı mübarizədə fəal rol oynayır, geniş maarifləndirmə işinin aparılmasında müvafiq dövlət qurumları ilə səmərəli əməkdaşlıq edirlər. Artıq Azərbaycanda korrupsiyaya qarşı mübarizədə vətəndaş cəmiyyətinin antikorrupsiya şəbəkəsi yaradılmaqdadır. Şuşa rayonu üzrə Rayon icra hakimiyyətində və rayonun tabeliyində olan idarə, müəssisələrdə “Korrupsiyaya qarşı mübarizə sahəsində fəaliyyət göstərən vətəndaş cəmiyyəti institutları ilə dövlət orqanları arasında əməkdaşlığın daha da gücləndirilməsi və birgə layihələrin həyata keçirilməsi” mövzusunda tədbirlər keçirilib.Tədbirlərdə “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı” çərçivəsində görülən işlər, korrupsiyaya qarşı mübarizə sahəsində dövlət orqanları ilə vətəndaş cəmiyyətləri arasında birgə əməkdaşlığın gücləndirilməsi, həyata keçirilən layihələr müzakirə edilib. Tədbir iştirakçıları dövlət qurumlarının fəaliyyətində şəffaflığın daha da artırılmasının, korrupsiyaya şərait yaradan halların qarşısının alınmasının, korrupsiyaya qarşı mübarizə ilə bağlı görülən tədbirlərin davamlılığının təmin edilməsinin vacibliyini vurğulayıblar.
Çıxış edənlər Azərbaycanda vətəndaş cəmiyyətinin korrupsiyaya qarşı mübarizədə fəal iştirak etdiyini, qanunvericiliyin formalaşdırılmasına cəlb olunduğunu, Açıq Hökumətin Təşviqinə dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platformasının önəmini xüsusi vurğulayıblar.
Vurğulanıb ki, Prezident İlham Əliyev korrupsiyaya qarşı mübarizədə inzibati-profilaktik tədbirlərlə yanaşı, maarifləndirmə və təbliğat işinə də ciddi fikir verməyi zəruri hesab edir. Dövlətimizin başçısı korrupsiyaya qarşı mübarizədən danışarkən belə əməllərə yol verənlərə dəfələrlə ciddi xəbərdarlıq edib.

Keçidlər