Şriftin ölçüsü :

Saytın rəngi :

Korrupsiyaya qarşı mübarizənin mütəşəkkil və ardıcıl aparılması diqqət mərkəzindədir

08 avqust 2024 | 17:34

8 avqust 2024-cü il tarixdə Şuşa Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022─2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında Sərəncamına əsasən Dövlət və bələdiyyə orqanlarının, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərin və büdcə təşkilatlarının işçilərində, o cümlədən tibb və təhsil işçilərində antikorrupsiya davranış modelinin formalaşdırılması ilə bağlı işlərin gücləndirilməsi, cəmiyyətdə məlumatlılığın artırılmasına yönəlmiş maarifləndirmə, tədris və digər tədbirlərin səmərəliliyinin yüksəldilməsi məqsədilə tədbir keçirilmişdir. Şuşa Rayon İcra Hakimiyyətininin başçısı Bayram Səfərovun, Rayon İcra Hakimiyyəti Başçısı Aparatının əməkdaşlarının və rayon üzrə fəaliyyət göstərən tibb və təhsil müəssisələrinin işçilərinin iştirak etdiyi tədbirdə çıxış edənlər qeyd edib ki, korrupsiyaya qarşı mübarizə sahəsində zəruri qanunların qəbul edilməsi, dövlət proqramlarının təsdiq olunması, bilavasitə korrupsiyaya qarşı mübarizə funksiyalarını daşıyan Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın və Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin həyata keçirdiyi tədbirlər korrupsiya hallarına və onun inkişafına şərait yaradan halların qarşısının alınmasında öz səmərəsini vermişdir.
Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva görülmüş tədbirlər nəticəsində dövlət idarəçiliyində elektron xidimətlərin inkişaf etdirilməsi, vətəndaş-məmur münasibətlərində şəffaflığın artırılması, ixtisaslaşmış qurumların fəaliyyətinin daha da optimallaşdırılması barədə də geniş məlumat verib. Qeyd edib ki, həyata keçirilən məqsədyönlü və qətiyyətli fəaliyyətin tərkib hissəsi kimi, şəffaflığın artırılmasına, dövlət orqanları (qurumları) tərəfindən göstərilən xidmətlərin keyfiyyət etibarilə yaxşılaşdırılmasına, ictimai nəzarətin təşkilində və korrupsiyanın ifşa edilməsində vətəndaş məmnunluğunun həyata keçirilməsinə diqqət artırılmalıdır.
Tədbir diskussiya formasında davam etdirilib.

Keçidlər