Kürdəmir rayonu, 564 ailəlik məcburi köçkün qəsəbəsində Şuşa Rayon İcra Hakimiyyətinin başçısı cənab Bayram Səfərovun sakinlərlə növbəti səyyar qəbulu keçirildi
03 may 2024 | 16:07
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dövlət qurumları tərəfindən insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların müraciərtlərinə qayğı və həssaslıqla yanaşılması ilə bağlı verdiyi tapşırıq və tövsiyyələri rəhbər tutaraq yerlərdə səyyar qəbulların keçirilməsi, vətəndaşların qaldırdıqları məsələlərin operativ həlli, onların ərizə və şikayətlərinə baxılaraq həll olunması üçün müvafiq tədbirlərin görülməsi daim Şuşa Rayon İcra Hakimiyyətinin nəzarətində saxlanılır.
Əhalini narahat edən problemlərin yerində öyrənilməsi və birbaşa həlli məqsədilə Şuşa Rayon İcra Hakimiyyətinin başçısı cənab Bayram Səfərov sakinlərlə növbəti səyyar qəbulunu 03.05.2024 -cü il tarixdə Kürdəmir rayonu, 564 ailəlik məcburi köçkün qəsəbəsində keçirib. Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov görüş iştirakçıları qarşısında çıxış edərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uzaqgörən daxili və xarici siyasəti nəticəsində ölkəmizin dünyada və regionda artan nüfuzundan danışdı, ölkəmizin sosial -iqtisadi inkişafı, "Böyük Qayıdış" Proqramının uğurla icra olunması haqqında ətraflı məlumat verdi, Şuşa rayon əhalisinin bir hissəsinin may ayında doğma Şuşamıza qayıdışının baş tutacağını diqqətinə çatdırdı.
İcra başçısı səyyar qəbulda iştirak edən sakinlərin müraciət, təklif və şikayətlərini dinləyib. Müraciətlərdə qaldırılan məsələlərin bir qismi yerindəcə həll olunub, icrası vaxt və araşdırma tələb edən məsələlərlə bağlı müvafiq tapşırıqlar verilib və onların icrası nəzarətə götürülüb.
Görüşdə iştirak edən sakinlər müraciətlərinə diqqətlə və həssaslıqla yanaşılmasından məmnunluqlarını bildirərək onlara yaradılan şəraitə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.