Şriftin ölçüsü :

Saytın rəngi :

Mədəniyyət paytaxtı Şuşada işini davam etdirən IX Qlobal Bakı Forumu yekunlaşıb

19 iyun 2022 | 10:39

Forumun iştirakçıları Şuşada panel müzakirələri aparıblar. Müzakirələrdən sonra qonaqlar Şuşa şəhəri ilə tanış olublar. Forumun iştirakçılarına işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa işləri, bu ərazilərin minalardan təmizlənməsi barədə məlumat verilib. Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yenidən qurulması və inkişafına baxış, eləcə də ərazilərin minalardan təmizlənməsi ilə tanışlıq məqsədilə həyata keçirilən səfərdə qonaqları yerli və xarici media nümayəndələri müşayiət ediblər.

Keçidlər