“Məişət zorakılığı ilə mübarizə sahəsində informasiya bülletenlərinin hazırlanması və əhali arasında yayılması” ilə bağlı maarifləndirmə-təbliğat işləri aparıldı
Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020–2023-cü illər üçün Milli Fəaliyyət Planı” əsasında hazırlanmış tədbirlər Planına uyğun olaraq, Şuşa Rayon İcra Hakimiyyəti və Məişət Zorakılığına qarşı Mübarizə üzrə Komissiyanın əməkdaşları “Məişət zorakılığı ilə mübarizə sahəsində informasiya bülletenlərinin hazırlanması və əhali arasında yayılması” ilə bağlı Şuşa rayon sakinlərinin məskunlaşdığı ərazisində vətəndaşlara məişət zorakılığı, zorakılıq törətmiş şəxsin məsuliyyətləri, bu cür halların qarşısının alınması və s. mövzular haqqında tədbirlər keçirildi, məişət zorakılığına məruz qalmış insanların sağlamlıq durumu Mərkəzi Rayon Xəstəxanasının həkimləri tərəfindən müayinə olunmuşdur, əhali arasında bağlı marifləndirici informasiya bülletenləri paylanılmışdır.