“Məişət zorakılığı ilə mübarizəyə dair 2020-2023-cü illər üçün Milli Fəaliyyət planı”nın 12.4.2 bəndinin icrası ilə bağlı tədbir
Azərbaycan Respublikasında “Məişət zorakılığı ilə mübarizəyə dair 2020-2023-cü illər üçün Milli Fəaliyyət planı”nın 12.4.2 bəndinin icrası ilə bağlı 21 sentyabr 2022-ci il tarixdə Şuşa Rayon İcra Hakimiyyətində “Sosial xidmət sahəsində dövlət sifarişlərinin bələdiyyələrə, fiziki və hüquqi şəxslərə, o cümlədən qeyri hökumət təşkilatlarına verilməsi yolu ilə məişət zorakılığından zərər çəkmiş şəxslər üçün yardım mərkəzlərinin təşkili” mövzusunda tədbir keçirilib. Tədbirdə Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva, Rayon İcra Hakimiyyətinin məsul işçiləri, idarə, müəssisə və təşkilat rəhbərləri iştirak edib. Rayon İcra Hakimiyyəti Başçısının müavini Vüsalə Fətəliyeva “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020-2023-cü illər üçün Milli Fəaliyyət Planı” üzrə aparılan işləri, məişət zorakılığından zərər çəkmiş şəxslərin sosial müdafiəsi, habelə, məişət zorakılığının qarşısının alınması ilə bağlı sosial tədbirlərin görülməsi sahəsində maarifləndirmə tədbirlərinin əhəmiyyətini qeyd edib. Digər çıxış edənlər də yerlərdə gender zorakılığı və uşaqlara qarşı zorakılığın vəziyyətinin qiymətləndirilməsi və həyata keçirilən tədbirlərin effektivliyinin yoxlanılması, zorakılığın səbəblərinin araşdırılması və təhlil edilməsi, həmçinin övladlığa götürülmüş, qəyyumluğa və ya himayəyə verilmiş uşaqların ailələrdə vəziyyətinin monitorinqlərinin sayının artırılmasının önəmini vurğuladılar.