"Məişət zorakılığı problemi və bu problemə qarşı birgə mübarizə tədbirləri" mövzusunda maarifləndirici tədbir keçirilib
23 fevral 2023-cü il tarixdə Şuşa Humanitar Kollecində Şuşa Rayon İcra Hakimiyyəti və Şuşa rayon Polis Şöbəsinin birgə təşkilatçılığı ilə "Məişət zorakılığı problemi və bu problemə qarşı birgə mübarizə tədbirləri" mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə Şuşa Rayon İcra Hakimiyyəti Başçısı Aparatının, “Məişət zorakılığının qarşısının alınması haqqında” Şuşa rayon Komissiyasının üzvləri, Şuşa Rayon Polis şöbəsinin, Şuşa rayon Gənclər və idman idarəsinin əməkdaşları, Şuşa Humanitar Kollecinin müəllim və tələbələri iştirak edib.
Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Gülbəniz Babayeva Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərovun və başçının müavini, “Məişət zorakılığının qarşısının alınması haqqında” Şuşa rayon Komissiyasının sədri Vüsalə Fətəliyevanın salamlarını çatdırdıqdan sonra ölkəmizdə məişət zorakılığı, o cümlədən qadın zorakılığı ilə mübarizə istiqamətində görülmüş tədbirlər, erkən və məcburi nikahlar, cəmiyyətdə zorakılığın qarşısının alınması istiqamətində 22 iyun 2010-cu ildə qəbul olunmuş “Məişət zorakılığının qarşısının alınması haqqında” qanun, həmçinin məişət zorakılığı baş verəndə müraciət etmə qaydaları, mühafizə orderi haqqında iştirakçılara ətraflı məlumat verdi.
Məişət zorakılığının qarşısının alınması haqqında videoçarx maraqla qarşılandı.
Tədbirdə çıxış edənlər – Şuşa Rayon Polis şöbəsinin Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi Qrupunun baş inspektoru Şöhrət Abbasov, Şuşa Humanitar Kollecinin direktor müavini Könül Hüseynova, müəllimlərdən Cəfərova Əzizə, Şiriyeva Mətanət, Səfixanlı Azər məişət zorakılığının Azərbaycanda geniş yayılmış gender problemi olduğunu və məişət zorakılığının əksər ailələrdə özünü müəyyən formalarda biruzə verdiyini, bəzən fiziki, bəzən də psixoloji təzyiq və təcrid edilmə kimi formalarda müşahidə olunduğunu diqqətə çatdırdılar, bu məsələdə profilaktik tədbirlərin sayının artırılmasının vacibliyini vurğuladılar.