“Məişət zorakılığı törətmiş şəxslər üçün psixoloji reabilitasiya proqramlarının hazırlanması” mövzusunda dəyirmi masa keçirilmişdir
Azərbaycan Respublikasında “Məişət zorakılığı ilə mübarizəyə dair 2020-2023-cü illər üçün Milli Fəaliyyət planı”nın 12.3.4 bəndinin icrası ilə bağlı 8 fevral 2023-cü il tarixdə “Ramana -450” qəsəbəsində yerləşən Malıbəyli kənd kitabaxana filialında “Məişət zorakılığı törətmiş şəxslər üçün psixoloji reabilitasiya proqramlarının hazırlanması” mövzusunda dəyirmi masa keçirilmişdir. Tədbirdə Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupunun üzvləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.
Tədbirdə çıxış edənlər Məişət zorakılığı ilə mübarizə istiqamətində müdafiə mexanizminin gücləndirilməsi və təcrübi biliklərin artırılması məqsədilə İcra Hakimiyyəti və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən mütəmadi olaraq təlimlərin keçirildiyi diqqətə çatdırıldı, gələcəkdə aşkar ediləcək zorakılıq halları ilə bağlı Monitorinq Qrupunun üzvlərinin bir-biri ilə əlaqəsinin, informasiya mübadiləsinin və müraciətlərə çevik reaksiya verilməsinin təmin olunması məqsədilə “WhatsApp” qrupun yaradılmasının məqsədəmüvafiq hesab edildiyi vurğulanıb. Eyni zamanda məişət zorakılığı törətmiş şəxslərin psixoloji reabilitasiyadan keçmələri üçün müxtəlif proqramlardan istifadə olunmasının vacibliyini qeyd edilib.