Şriftin ölçüsü :

Saytın rəngi :

“Məişət zorakılığı törətmiş şəxslər üçün psixoloji reabilitasiya proqramlarının hazırlanması” mövzusunda tədbir  keçirilib

18 yanvar 2023 | 16:08

18 yanvar 2023-cü il tarixdə Şuşa Humanitar Kollecində Azərbaycan Respublikasında “Məişət zorakılığı ilə mübarizəyə dair 2020-2023-cü illər üçün Milli Fəaliyyət planı”nın 12.3.4 bəndinin icrası ilə bağlı Şuşa Rayon İcra Hakimiyyətinin və Şuşa rayon Gənclər və idman idarəsinin təşkilatçılığı ilə “Məişət zorakılığı törətmiş şəxslər üçün psixoloji reabilitasiya proqramlarının hazırlanması” mövzusunda keçirilib. Tədbirdə Rayon İcra Hakimiyyətində yaradılmış “Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupu”nun üzvləri, Gənclər və idman idarəsinin əməkdaşları, tələbələr iştirak ediblər.

Tədbirdə Şuşa Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi, “Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupu”nun üzvü Gülbəniz Babayeva ölkəmizdə məişət zorakılığı, o cümlədən  qadın zorakılığı ilə mübarizə istiqamətində görülmüş tədbirlər, erkən və məcburi nikahlar, cəmiyyətdə zorakılığın qarşısının alınması istiqamətində 22 iyun  2010-cu ildə qəbul olunmuş “Məişət zorakılığının qarşısının alınması haqqında” qanun, həmçinin məişət zorakılığı baş verəndə müraciət etmə qaydaları, mühafizə orderi haqqında iştirakçılara ətraflı məlumat verdi. Məişət zorakılığı ilə mübarizə istiqamətində müdafiə mexanizminin gücləndirilməsi məqsədilə Rayon İcra Hakimiyyəti və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən mütəmadi olaraq keçirilən təlimlərin əhəmiyyəti vurğulandı.

“Məişət zorakılığı törətmiş şəxslər üçün psixoloji reabilitasiya proqramlarının hazırlanması” mövzusunda videoçarx nümayiş edildi.

Şuşa Rayon Polis şöbəsinin Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi Qrupunun baş inspektoru Şöhrət  Abbasov və digər çıxış edənlər məişət zorakılığının Azərbaycanda geniş yayılmış gender problemi olduğunu və məişət zorakılığının əksər ailələrdə özünü müəyyən formalarda biruzə verdiyini, bəzən fiziki, bəzən də psixoloji təzyiq və təcrid edilmə kimi formalarda müşahidə olunduğunu diqqətə çatdırdı, məişət zorakılığı törətmiş şəxslərin psixoloji reabilitasiyadan keçmələri üçün müxtəlif proqramlardan istifadə olunmasının vacibliyi qeyd olunub.

 

 

 

Keçidlər