Şriftin ölçüsü :

Saytın rəngi :

Məişət zorakılığından zərər çəkmiş şəxslərin sosial müdafiəsi, habelə, məişət zorakılığının qarşısının alınması ilə bağlı sosial tədbirlərin görülməsi sahəsində maarifləndirmə tədbiri keçirilmişdir

03 fevral 2025 | 16:20

Azərbaycan Respublikasında “Məişət zorakılığı ilə mübarizəyə dair 2020-2023-cü illər üçün Milli Fəaliyyət planı”nın 12.4.2 bəndinin icrası ilə bağlı 21 sentyabr 2022-ci il tarixdə Şuşa Rayon İcra Hakimiyyətində “Sosial xidmət sahəsində dövlət sifarişlərinin bələdiyyələrə, fiziki və hüquqi şəxslərə, o cümlədən qeyri hökumət təşkilatlarına verilməsi yolu ilə məişət zorakılığından zərər çəkmiş şəxslər üçün yardım mərkəzlərinin təşkili” mövzusunda tədbir keçirilib. Tədbirdə Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva, Rayon İcra Hakimiyyətinin məsul işçiləri, idarə, müəssisə və təşkilat rəhbərləri iştirak edib.
Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020-2023-cü illər üçün Milli Fəaliyyət Planı” üzrə aparılan işləri, məişət zorakılığından zərər çəkmiş şəxslərin sosial müdafiəsi, habelə, məişət zorakılığının qarşısının alınması ilə bağlı sosial tədbirlərin görülməsi sahəsində maarifləndirmə tədbirlərinin əhəmiyyətini qeyd etmişdir. Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə etibarlı monitorinq mexanizmi olaraq yerli monitorinq qrupları yerlərdə vəziyyətin qiymətləndirilməsi, həyata keçirilən tədbirlərin effektivliyinin yoxlanılması, riskli ailələrin müəyyən edilməsi və lazımi dəstəyin göstərilməsi, zorakılığın səbəblərinin araşdırılması və təhlil edilməsi, xüsusilə də baş vermiş ağır zorakılıq hallarının müzakirəsi, zorakılıq qurbanlarının müdafiəsi və müvafiq yardımlarla təmin edilməsi üzrə fəaliyyətlərin əlaqələndirilməsi funksiyası daşıdığını bildirmişdir. Qeyd olunmuşdur ki, məişət zorakılığı hallarının qarşısının alınması dövlətimizin daxili siyasətində bu gün ən mühüm prioritetlərdən biridir.
Tədbir zamanı Fəaliyyət Planına əsasən Komissiyalar tərəfindən 2024-cü il ərzində görülmüş işlər barədə hesabatlar təqdim edilmiş, Komissiyaların fəaliyyətinin artırılması məqsədilə əhali arasında maarifləndirmə işlərinin gücləndirilməsi, əlaqədar qurumlarla birgə rayon üzrə risk qrupuna daxil olan ailələrlə fərdi qaydada iş aparılması və qabaqlayıcı tədbirlərin görülməsi istiqamətində təkliflər dinlənilmiş və qarşıda duran vəzifələr müzakirə olunmuşdur.

Keçidlər