Məişət zorakılığından zərər çəkmiş şəxslərin təhlükəsizliyinin təmin olunması və zərər çəkmiş şəxslərlə bağlı məlumatların konfidensiallığının qorunması” istiqamətində maarifləndirmə-təbliğat işləri aparılmışdır
Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020–2023-cü illər üçün Milli Fəaliyyət Planı” əsasında hazırlanmış tədbirlər Planına uyğun olaraq, Şuşa rayon İcra Hakimiyyəti, rayon Polis şöbəsi ilə “Məişət zorakılığından zərər çəkmiş şəxslərin təhlükəsizliyinin təmin olunması və zərər çəkmiş şəxslərlə bağlı məlumatların konfidensiallığının qorunması” ilə bağlı rayon əhalisinin kompakt yaşayış yerlərində vətəndaşlara, şagirdlərə məişət zorakılığı, məişət zorakılığının cinayət olması, zorakılıq törətmiş şəxsin məsuliyyətləri, zorakılığa məruz qalmış şəxslərin aidiyyəti orqanlara məlumat vermələri, bu cür halların qarşısının alınması və s. mövzular haqqında ətraflı məlumatlar verildi, bununla bağlı marifləndirici informasiya bülletenləri paylanıldı.