Məişət zorakılığının yayılma səviyyəsini və onu törədən səbəblərin monitorinqi məqsədilə sorğu keçirilib
Respublika Prezidenti İlham Əliyevin 27 noyabr 2020-ci il tarixli Sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020-2023-cü illər üçün Milli Fəaliyyət Planı"nın icrası istiqamətində respublikamızın hər yerində olduğu kimi, Şuşa rayon sakinlərinin kompakt yaşayış yerlərində məqsədyönlü işlər görülür.
Şuşa Rayon Gənclər və İdman İdarəsi tərəfindən Milli Fəaliyyət Planının 12.2.2 bəndinin icrasını təmin etmək məqsədilə 15 nəfər könüllü gəncin iştirakı ilə rayonun müxtəlif ərazilərində məişət zorakılığının yayılma səviyyəsini və onu törədən səbəblərin monitorinqi məqsədilə sorğu keçirilib.
Sorğuda əhalinin müxtəlif yaş qrupundan 100 nəfər iştirak edib.
Məişət zorakılığının yayılma səviyyəsinin və onu törədən səbəblərin monitorinqi məqsədilə respublikamızın 58 rayonunda məskunlaşmış Şuşa rayon sakinlərinin kompakt yaşayış yerlərində Şuşa Rayon İcra Hakimiyyətinin əməkdaşlarının, Kənd İnzibati ərazi dairələri üzrə nümayəndələrin iştirakı ilə yanavar- mart aylarında yerli əhali ilə görüşlər təşkil edilmiş, məişət zorakılığı ilə bağlı monitorinqlərin aparılması nəticəsində heç bir neqativ hala rast gəlinməmişdir. “Ailədə zorakılıq halları yalnız bir ailənin deyil, cəmiyyətin təhlükəsizliyinin əsasları üçün təhdiddir “ mövzusunda Şuşa rayon ümumtəhsil müəssisələrinin müəllim,şagirdlərinin iştirakı ilə 9-12 mart tarixlərində onlayn formatda silsilə tədbirlər keçirilmişdir. Tədbirdə məişət zorakılığının qarşısının alınmasına yönələn profilaktik tədbirlər ,məişət zorakılığının yayılma səviyyəsi və onu törədən səbəblər barədə suallar səsləndirilmiş və geniş fikir mübadiləsi aparılmışdır.