Memorial Soyqırım Muzeyi 20 -26 fevral tarixlərində Şuşa ümumtəhsil müəssisələrinin, eləcədə Şuşa Humanitar Kollecinin müəllim heyəti, tələbələr və şagirdlər tərəfindən ziyarət edilmişdir
Xalqımıza qarşı tarix boyu törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər-deportasiyalar, soyqırımlar, o cümlədən Xocalı qətliamı, həmçinin terrorlar, eləcə də digər dəhşətli cinayətlər barədə insanlara doğru və dolğun məlumatlar əldə etmək imkanını yaratmaq və həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq məqsədilə Azərbaycan Respublikası Hərbi Prokurorluğunun nəzdində fəaliyyət göstərən Memorial Soyqırım Muzeyi 20 -26 fevral tarixlərində Şuşa ümumtəhsil müəssisələrinin müəllim və şagirdləri, eləcədə Şuşa Humanitar Kollecinin müəllim heyəti və tələbələr tərəfindən ziyarət edilmişdir. Xocalı dəhşətlərinin eksponatlara çevrildiyi məkan – Azərbaycan Respublikası Hərbi Prokurorluğunun nəzdində fəaliyyət göstərən Memorial Soyqırımı Muzeyi Şuşa rayon idarə, müəssisələri tərəfindən hər il ziyarət edilir. Burada Xocalı sakinlərinə qarşı törədilmiş erməni vəhşiliklərini əks etdirən çoxsaylı faktlar, həmçinin şəkillər və istintaq materialları saxlanılır. Muzeyin ekspozisiya sahəsi 6 nümayiş və 1 kino zalından ibarətdir.