Milli məkan məlumatlarının saxlanılmasının, idarə olunmasının, inteqrasiyasının və istifadəsinin təmin edilməsi ilə bağlı tədbir keçirilmişdir
Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 128 dekabr tarixli 448 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Milli məkan məlumatlarının formalaşdırılması və inteqrasiyası Qaydaları”nın 3.1 və 3.2-ci bəndlərinin icrası ilə bağlı 14 mart 2023-cü il tarixdə Şuşa Rayon İcra Hakimiyyətində tədbir keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan Şuşa Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva Milli məkan məlumatlarının saxlanılmasının, idarə olunmasının, inteqrasiyasının və istifadəsinin təmin edilməsi ilə bağlı məqsədilə sahibi və ya operatoru olduqları dövlət informasiya sistemlərinin və ehtiyatlarının Elektron Hökumət İnformasiya Sisteminə inteqrasiyası barədə məlumat vermişdir. V. Fətəliyeva bildirmişdir ki, əsasən mərkəzi və yerli icra hakimiyyəti orqanlarına, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərə, o cümlədən dövlət adından yaradılan publik hüquqi şəxslərə milli məkan məlumatlarının saxlanılmasının, idarə olunmasının, inteqrasiyasının və istifadəsinin təmin edilməsi məqsədilə sahibi və ya operatoru olduqları dövlət informasiya sistemlərinin və ehtiyatlarının Elektron Hökumət İnformasiya Sisteminə inteqrasiyasını təşkil etməlidirlər.
Tədbirdə çıxış edənlər milli məkan məlumatlarının saxlanılmasının, idarə olunmasının, inteqrasiyasının və istifadəsinin təmin edilməsi ilə bağlı fikir və mülahizələrini bildirmişlər.