Müasir Azərbaycan dövlətinin qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin vəfatından 21 il keçir
Müasir Azərbaycan dövlətinin qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin vəfatından 21 il keçir.
Xalqımız Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini ehtiram və minnətdarlıqla yad edir. Millətin məhəbbətini qazanmış Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi kimi əbədi olaraq yaşayacaqdır.
Azərbaycanın qüdrətli dövlətə çevrilməsi, dinamik sosial-iqtisadi inkişafı, dünya birliyində öz layiqli yerini daha da möhkəmləndirməsi Heydər Əliyevin ideyalarının yaşamasının, siyasi kursunun uğurla davam etdirilməsinin nəticəsidir. Ümumilli Lider öz ideyaları ilə xalqımızın qəlbində daim yaşayacaq, əziz xatirəsi hər zaman yüksək ehtiramla anılacaqdır!
12 dekabr 2024-cü il tarixdə Şuşa Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, idarə, müəssisə rəhbərləri, rayon ziyalıları Fəxri Xiyabanda Ulu Öndərin məzarını ziyarət etmişlər, daha sonra Şuşa Rayon İcra Hakimiyyəti tərəfindən ehsan süfrəsi təşkil olunmuş, Ulu Öndərin ruhuna dualar oxunmuşdur.