"Müstəqilliyə aparan yol" adlı tədbir keçirilmişdir
26 may 2026 | 17:05
28 May – Müstəqillik Günü münasibətilə Şuşa Rayon İcra Hakimiyyəti və Şuşa rayon mədəniyyət müəssisələrinin birgə təşkilatçılığı ilə Bülbülcan adına Şuşa şəhər uşaq musiqi məktəbində “Müstəqilliyə aparan yol” adlı tədbir keçirilmişdir.
Tədbirdə çıxış edənlər Azərbaycan Respublikasının müstəqillik tarixindən, dövlətçilik ənənələrindən və 28 Mayın xalqımızın taleyində mühüm əhəmiyyətindən danışmışlar. Çıxışlarda Azərbaycan Xalq Cümhuriyyətinin tarixi rolu vurğulanmış, qeyd olunmuşdur ki, xalqımızın müstəqillik ideyaları məhz Ulu Öndər Heydər Əliyevin müdrik siyasəti və uzaqgörənliyi sayəsində yenidən canlanmış, onun rəhbərliyi nəticəsində dövlət müstəqilliyimiz daimi və dönməz xarakter almışdır.
Tədbirin bədii hissəsində vətənpərvərlik ruhunda biri-birindən gözəl musiqi nümunələri səsləndirilmişdir.






