Şriftin ölçüsü :

Saytın rəngi :

"Mygov-u yüklə, xidmətlər və sənədlər həmişə əlçatan olsun!"

30 sentyabr 2026 | 10:24

VƏTƏNDAŞLARIN  NƏZƏRİNƏ!

 Azərbaycan Respublikası Prezidentinin 27 fevral 2026-cı il, 953 nömrəli Sərəncam ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026−2028-ci illər üçün Fəaliyyət  Planı”na əsasən dövlət qurumları tərəfindən göstərilən elektron xidmətlərə müraciətlər, eləcə də vətəndaşlar tərəfindən göndərilən ərizə, təklif və şikayət xarakterli ərizələrin “Mygov” tətbiqi vasitəsilə qurumlara göndərilməsi müvafiq Yol Xəritəsində təsbit olunmuşdur. Bunun üçün əvvəlcə mobil telefona SİMA tətbiqinin yüklənməsi, daha sonra “Mygov” tətbiqinə keçid təmin edilməlidir.

  • SİMA tətbiqini yükləmək üçün vətəndaşlara http://onelink.to/gdufks linki təqdim edilir. Bu link vasitəsilə həm Android, həm də İOS (iPhone) üçün SİMA tətbiqini yükləmək mümkündür.
  • Vətəndaşlara mygov-u yükləmək üçün https://my.gov.az/download-app linki təqdim edilir. Bu link vasitəsilə həm Android, həm də İOS (iPhone) üçün mygov tətbiqini yükləmək mümkündür.

 

Sual yarandığı təqdirdə Şuşa Rayon İcra Hakimiyyətinin (012) 514-14-40 telefon nömrəsilə əlaqə saxlamaq mümkündür.

Keçidlər